SON XƏBƏRLƏR

İRAN PREZİDENTLİYİNƏ AZƏRBAYCANLI NAMİZƏD: “XALQA AZADLIQ DA LAZIMDIR”

2021.10.20, 07:36
İRAN PREZİDENTLİYİNƏ AZƏRBAYCANLI NAMİZƏD: “XALQA AZADLIQ DA LAZIMDIR”

Gunaz.tv
Mirhüseyn Musəvi İyunun 1-də Həmədana səfər edən İran prezidentliyinə azərbaycanlı namizəd Mirhüseyn Musəvi əhali qarşısında çıxış edərək düşüncə azadlığının əhəmiyyətindən və vətəndaşların azadlığa olan ehtiyacından danışıb. M.Musəvi deyib: “Xalqa hava və su kimi, azadlıq da lazımdır. Bu onların haqqıdır. Bu elə bir şey deyil ki, hökumət onlara hədiyyə etsin”. Namizəd ölkənin iqtisadi problemlərindən danışaraq öz tərəfdarlarına pul paylayan hazırkı prezident Əhmədinejadı dolayı yolla tənqid edib: “Biz ölkənin iqtisadi problemlərini həll etmək üçün milli istehsala və qabaqcıl bir iqtisadi proqrama önəm verməliyik. Yoxsa vətəndaşlar arasında pul paylamaqla bu problemi həll etmək olmaz”. O, Əhmədinejada başqa bir mesaj da yollayıb: “Biz ölkənin daxili problemlərinin həllində aciz qaldığımız halda dünyanı idarə etməkdən danışırıq”. Musəvi onun və tərəfdarlarının seçki kampaniyası apararkən yaşıl rəngdən istifadə etməsini tənqid edən bir sıra rəsmilərə də cavab verib: “Yaşıl rəng əhli-beyt rəngidir. Bu rəngdən istifadə etmək ayıb deyil, zəifliyimiz yox, üstünlüyümüz deməkdir. Lakin siz təbliğat aparmaq üçün xalq malından istifadə edirsiniz. Budur ayıb”. İranda prezident seçkisi iyunun 12-də keçiriləcək. Mirhüseyn Musəvi 1941-ci ildə Şərqi Azərbaycan vilayətinin Xaminə şəhərində doğulub. 1969-cu ildə İran Milli Universitetini (hazırkı şəhid Beheşti Universiteti) bitirərək memarlıq ixtisasına yiyələnən Musəvi islam inqilabından sonra bir müddət Ali Mədəni İnqilab Şurasının üzvü olub. 1981-1989-cu illərdə, İranın hazırkı dini rəhbəri ayətullah Xamneyinin prezidentliyi dövründə baş nazir vəzifəsində işləyib. 1989-cu ildə ölkə konstitusiyasında dəyişiklik edilib və baş nazir postu ləğv olunub. Nəticədə M.Musəvi hökumət vəzifələrindən uzaqlaşaraq fəaliyyətini əsasən Tehran İncəsənət Akademiyasında davam etdirib. Hazırda bu akademiyanın rəhbəridir.mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar