SON XƏBƏRLƏR

Şimali Koreya qitələrarası ballistik raketi poliqona çıxarıb

2021.10.20, 07:36
Şimali Koreya qitələrarası ballistik raketi poliqona çıxarıb

Gunaz.tv
Məlumata görə, KXDR Tonçxanri poliqonunda qitələrarası raketi buraxmağa hazırlaşır Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) uzaq məsafəli ballistik raketi ölkənin şimal-qərbindəki Tonçxanri poliqonuna yerləşdirib. Bu barədə "Gazeta.ru”nun məlumatına görə, Cənubi Koreya hökumətindən mənbə təsdiq edib. Məlumata görə, KXDR Tonçxanri poliqonunda qitələrarası raketi buraxmağa hazırlaşır. Cənubi Koreya kütləvi informasiya vasitələrinin məlumatına görə, raket iyunun 16- da Vaşinqtonda ABŞ və Cənubi Koreya prezidentlərinin görüşü zamanı buraxılacaq. Xatırladaq ki, mayın 25-i Şimali Koreya yeraltı nüvə sınağı həyata keçirib, bunun ardınca isə bir neçə yaxın mənzilli raket buraxıb./ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar