Əldə edilən məlumata görə, azərbaycanlı fəallar da Evin həbsxanasından Böyük Tehran həbsxanasına köçürülüb.
Tahir Nəqəvinin yaxın dostu bildirib ki, siyasi məhbus Böyük Tehran Həbsxanasına köçürüldükdən sonra cinayətlərin təcrid olunması prinsipinə əməl olunmadan ümumi cəza çəkən məhbuslarla bərabər saxlanılır.
Onun sözlərinə görə, Tahir Nəqəvi bəy ən azı 120 məhbusun olduğu zalda saxlanılır, halbuki bu zalın əsas tutumu maksimum 40 nəfərdir.
Böyük Tehran həbsxanasında məhbuslar üçün başqa bir problemin də içməli suyun duzluluq səviyyəsi olduğu bildirilir.
Eyni zamanda, Mürtəza Pərvinin ailəsinə yaxın mənbə bildirib ki, Mürtəza Pərvin və Mhmud Ocaqlı Tehran həbsxanasına köçürülərkən onlara şəxsi əşyalarını özləri ilə aparmağa icazə verilməyib.
C