SON XƏBƏRLƏR

ABŞ Şimali Koreyanın nüvə dövlətinə çevrilməsini qəbul etməyəcək

2021.10.20, 07:36
ABŞ Şimali Koreyanın nüvə dövlətinə çevrilməsini qəbul etməyəcək

Gunaz.tv
Pentaqon rəhbəri Robert Qeyts xəbərdarlıq edib Bu gün Pentaqon rəhbəri Robert Qeyts bildirib ki, Birləşmiş Ştatlar Şimali Koreyanın nüvə sınaqları keçirməsi ilə razılaşmayacaq, çünki bu Asiyada silahlanmanın güclənməsinə səbəb ola bilər. Sinqapurda kecirilmiş Asiya ölkələrinin müdafiəsi konfransındakı çıxışı zamanı Qeyts həm də Pxenyana xaricə nüvə texnologiyası göndərməsi ilə bağlı xəbərdarlıq edib. «Biz Şimali Koreyanın nüvə dövlətinə çevrilməsini qəbul etməyəcəyik», Qeyts vurğulayıb. Qeyts bildirib ki, Şimali Koreya ölkənin sərhədlərindən kənara nüvə materialları göndərməkdə davam edərsə, Obama administrasiyası qarşısında «hesabat verəcək». /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar