SON XƏBƏRLƏR

Qlobal istiləşmədən hər il dünyada 300 min adam vəfat edir

2021.10.20, 07:36
Qlobal istiləşmədən hər il dünyada 300 min adam vəfat edir

Gunaz.tv
Ölənlərin 99 faizi inkişaf etmiş ölkələrin payına düşür Qlobal istiləşmədən ölənlərin sayının artması bəşəriyyəti təhlükə qarşısında qoyub. ANS PRESS-in İnterfaks-a istinadən verdiyi xəbərə görə, hər il qlobal istiləşmə 300 min insanın həyatına son qoyur. Dünya ölkələri isə qlobal istiləşməyə görə hər il 125 milyard dollar itirir. Londonda ümumdünya humanitar forumun iqlim problemləri ilə bağlı dərc edilmiş hesabatında yer alan bilgilərə görə, ölənlərin 99 faizi inkişaf etmiş ölkələrin payına düşür. Həmin ölkələrdə atmosferə karbon qazı tullantılarının həcmi dünya üzrə cəmi 1 faiz təşkil edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar