SON XƏBƏRLƏR

Məscidi partladan terrorçular edam olundu

2021.10.20, 07:36
Məscidi partladan terrorçular edam olundu

Gunaz.tv
İran hökuməti 3 nəfəri insanların gözü qarşısında asıb İran hökuməti Zahedan şəhərində məscidin partladılmasında ittiham olunan 3 nəfəri edam edib. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, edam mayın 30-də səhər tezdən həyata keçirilib. Xatırladaq ki, terrorçu kamikadzenin Əmir əl-Möminin məscidində həyata keçirdiyi partlayış nəticəsində 25 nəfər ölüb, 125 nəfər isə yaralanıb. Partlayışdan sonra polis bir neçə nəfəri həbs edib. Partlayışı törətməkdə şübhəli bilinən 3 nəfər terrorçuya kömək etdiklərini etiraf ediblər. İranın “İRNA” agentliyi edam xəbərini təsdiq edib: “Zahedanda partlayışda əli olan 3 nəfər bu gün insanların gözü qarşısında asılaraq edam edilib”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar