SON XƏBƏRLƏR

Əhərin Vətəndaşlıq Qeydiyyatı İdarəsi 31 gündən sonra Asenaya doğum haqqında şəhadətnamə verib

2025.07.01, 11:03
Əhərin Vətəndaşlıq Qeydiyyatı İdarəsi 31 gündən sonra Asenaya doğum haqqında şəhadətnamə verib

Balamin Adı kampaniyasında minlərlə insanın iştirakından və Vətəndaşlıq Qeydiyyatı İdarəsinin türk adlarının qeydiyyata alınmasına qarşı çıxmaqdan qismən geri çəkilməsindən sonra, Əhər Vətəndaşlıq Vəziyyəti Şöbəsinin əməkdaşları 31 gündən sonra "Asena" adına doğum haqqında şəhadətnamə verib.

Gunaz.tv

Məsələ ilə bağlı Asenanın anası F. Babapur xanım Balamın Adı kampaniyasına danışıb.

"Qızımız mayın 17-i 2025-ci ildə dünyaya gəlib və biz ona türkcə Asena adını seçmişik. Biz övladımıza sənəd almaq üçün müraciət edəndə Əhər Vətəndaşlıq Qeydiyyatı Şöbəsinin əməkdaşları bizə bu adın “İcazə verilən adlar siyahısı”nda olmadığı üçün ona doğum haqqında şəhadətnamə verə bilməyəcəklərini bildirmişdilər. Biz bu ada əvvəllər sənəd verildiyini bildirsək də onlar bizə bu məsələyə Tehranda qərar verildiyini dedilər. Biz məcbur olub Əhərin Vətəndaşlıq Qeydiyyatı İdarəsindən məhkəməyə şikayət ərizəsi verdik. Ancaq iş məhkəməyə qalmadan, bizim Balamın Adı kampaniyasına müraciətimizdən və Urmu millət vəkilinin etirazından sonra senaya doğum haqqında şəhadətnamə verildi." - xanım Babapur bildirib.

Qeyd edək ki, Güney Azərbaycan xalqının, yazıçılarının, vətəndaş fəallarının, medianın, bloqqerlərin geniş iştirakı ilə həyata keçirilən mədəni etiraz dalğasından sonra Vətəndaşlıq Qeydiyyatı İdarəsi onlarla “qadağan olunmuş” türk adlarını “icazəli” elan etmək məcburiyyətində qalıb. Amma “Güntay, Yağış, Sevgi, Alp Aslan” kimi yüzlərlə başqa ad hələ də qadağan olunmuş adlar sırasında qalmaqdadır.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar