SON XƏBƏRLƏR

MƏHƏMMƏD XATƏMİ: “XALQ ELƏ BİR PREZİDENT İSTƏYİR Kİ, YALAN DANIŞMASIN”

2021.10.20, 07:36
MƏHƏMMƏD XATƏMİ: “XALQ ELƏ BİR PREZİDENT İSTƏYİR Kİ, YALAN DANIŞMASIN”

Gunaz.tv
Mayın 29-da Tehranda, prezidentliyə azərbaycanlı namizəd Mirhüseyn Musəvinin minlərlə tərəfdarı qarşısında çıxış edən keçmiş prezident Məhəmməd Xatəmi bütün islahat tərəfdarlarını M.Musəviyə səs verməyə çağırıb. M.Xatəmi deyib: “Ədalət və azadlıq istəyən hər kəs, əqidəsini dilə gətirdiyinə görə zindana düşmək istəməyənlər və İranın dünyada təcrid olunmasına son qoyulmasını arzulayanlar iyunun 12-də keçiriləcək prezident seçkisində Mirhüseyn Musəviyə səs versin!” M.Xatəmi bildirib ki, xalq bir ayrı cür dövlət başçısı arzulayır: “Xalq elə bir prezident istəyir ki, yalan danışmasın”. Keçmiş prezidentin sözlərinə görə, xalq elə bir prezident istəyir ki, əhali arasında sosial fərqin bundan artıq artmasına, durğunluq və inflyasiyaya imkan verməsin, İranın beynəlxalq münasibətlərdə layiqli mövqeyini bərqərar etsin və nəticədə ölkə bir qrupun şəxsi mülkiyyəti kimi tanınmasın: “İran xalqının inqilabı azadlıq üçün idi. Elə buna görə də, bu gün xalqın əksəriyyəti azadlığı qorumaq üçün, azlıq təşkil edən bir qrupun onlara hökmranlıq etməsinin qarşısını almaq üçün seçkiyə getmək niyyətindədir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar