SON XƏBƏRLƏR

Xəstələnən əsgərlərdə mədənin funksional pozulması əlamətləri aşkar edilib

2021.10.20, 07:36
Xəstələnən əsgərlərdə mədənin funksional pozulması əlamətləri aşkar edilib

Gunaz.tv
Zəhərləndiyi güman edilən əsgərlərdən götürülmüş bakteroloji və laborator nümunələrin nəticələri məlum olub Müdafiə Nazirliyinin Qaraheybət Təlim Mərkəzində zəhərlənməsi ehtimal olunan əsgərlərdən götürülmüş bakteroloji və laborator nümunələrin nəticələri açıqlanıb. Nazirliyin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlunun APA-ya verdiyi məlumata görə, 6 əsgərdən götürülmüş analizin nəticələrinə əsasən, həmin əsgərlərdə mədənin funksional pozulması əlamətləri aşkar edilib. Buna isə mədə-bağırsaq sisteminin soyuqdəyməsi səbəb olub. APA-nın hadisə ətrafında yaranan ajiotajın səbəbləri ilə bağlı sualına cavab olaraq E. Sabiroğlu hazırda bütün məsələlər üzərində ətraflı araşdırma aparıldığını söyləyib: “Yəqin bunun da cavabı tapılacaq”. Qeyd edək ki, mayın 26-da axşam saatlarında Müdafiə Nazirliyinin Qaraheybət Təlim Mərkəzindən Hərbi Klinik Hospitala 164 əsgər müayinə üçün gətirilib. Hərtərəfli müayinədən sonra 158 əsgər xidmət yerinə qaytarılıb. 6 əsgərdə isə bəzi xəstəliklər müşahidə olunduğundan onlar əlavə müayinə və müalicəyə cəlb edilib. Vəziyyətləri yaxşılaşdığından həmin əsgərlər də mayın 29-da xidmət yerinə göndəriliblər. Faktla bağlı Bakı Hərbi Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar