SON XƏBƏRLƏR

Əhmədinejadın seçki qərargahına atəş açılıb

2021.10.20, 07:36
Əhmədinejadın seçki qərargahına atəş açılıb

Gunaz.tv
İRNA agentliyi xəbər yayıb ki, İranın cənub-şərqində yerləşən Zahədan şəhərində prezident Mahmud Əhmədinejadın seçki qərargahına naməlum şəxslər tərəfindən silahlı hücum edilib. Yaralanan 3 nəfərdən biri uşaqdır. Bundan əvvəl, bu şəhərdəki şiə məscidində 25 adamın ölümünə səbəb olmuş partlayış baş vermişdi. Bomba partlayışı ibadətçilər axşam namazına toplaşan zaman baş verib. Bu ərazidə narkotik qaçaqmalçılığı ilə məşğul olan qruplar arasında zorakı toqquşmalar tez-tez baş verib. Bundan başqa sünnilərdən ibarət üsyançılar da zorakı aksiyalar təşkil edirlər. Lakin əyalətin qubernator müavini aksiyanı törədənlərin ABŞ tərəfindən öyrədilmiş muzdlular olduğunu söyləyib. İranlılar tez-tez belə hallarda ABŞ-ı günahlandırırlar. Ola bilsin ki, hadisə barədə faktlar heç zaman açıqlanmasın. Lakin hamı bilir ki, prezident Buş İranda sabitliyi pozmaq üçün böyük məbləğlərdə vəsait ayırıb. Obama administrasiyasının bu siyasəti dəyişməsinə dəlalət edən hər hansı əlamət mövcud deyil. İran prezident seçkilərində islahatçılardan olan namizəd Mirhüseyn Musavi deyib ki, bu aksiya şiə və sünnilər arasında ədavət yaratmaq məqsədi daşıyır. Sözü gedən əyalətdə böyük sayda sünni yaşayır və onlar əsasən etnik baluşlardır. Əyalətin Əfqanıstan və Pakistanla uzun sərhədi var. Heç bir qrup aksiya üçün məsuliyyəti üzərinə götürməyib. Ərazidə Baluşistanın sünni azlığının hüquqları uğrunda mübarizə aparan qruplar var. Hücum üçün mühüm şiə məscidinin hədəf seçilməsi və onun vacib şiə bayramı günündə həyata keçirilməsi nəzərə çarpır. Üstəlik, İranda iyunun 12-də prezident seçkiləri keçirilməlidir və bu hücum bu ərəfədə sabitliyin pozulmasına yönələ bilərdi.bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar