SON XƏBƏRLƏR

JURNALİSTİN İRAN HƏBSXANASINDA 100 GÜNÜ

2021.10.20, 07:36
JURNALİSTİN İRAN HƏBSXANASINDA 100 GÜNÜ

Gunaz.tv
Roksana Saberi zindandakı 100gününün təfərrüatlarını KİV nümayəndələri ilə bölüşüb İranda Amerikaya casusluqda ittiham edilərək həbs olunan, daha sonra azadlığa buraxılan jurnalist Roksana Saberi zindandakı 100 günü media işçilərinə açıqlayıb. Fiziki deyil, mənəvi və psixoloji işgəncələrə məruz qaldığını deyən Roksana Saberi indiyədək niyə həbs olunduğunu anlamadığını bildirib. Onun sözlərinə görə, həbs edildiyini heç kəsin bilmədiyini başa düşdüyü zaman çox qorxub. 4 nəfər tərəfindən saxlanıldıqdan sonra 11 gün gözləri bağlı şəkildə dindirilən jurnalistin -valideynlərinə zəng vurmasına daha sonra imkan verilib. 120 gün həbsdə saxlanılmaqla hədələnən media işçisi qorxduğundan Amerikaya casusluqla məşğul olduğunu qəbul etməli olub. Günlərlə ətraf aləmdən təcrid edilən jurnalist İran xalqının qonaqpərvərliyindən isə məmnunluğunu bildirib və bir gün yenidən Tehrana qayıdacağına ümid etdiyini deyib. /itv.az/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar