SON XƏBƏRLƏR

MƏHƏMMƏD XATƏMİ: “İSLAM və İRAN TARİXİ AZƏRBAYCANA BORCLUDUR” . xatəmi videosujeti təkzib edir

2021.10.20, 07:36
MƏHƏMMƏD XATƏMİ: “İSLAM və İRAN TARİXİ AZƏRBAYCANA BORCLUDUR” . xatəmi videosujeti təkzib edir

Gunaz.tv
Məhəmməd Xatəmi Keçmiş prezident Məhəmməd Xatəmi jurnalistlərə açıqlamasında internetdə yayılan bir videosüjetdə azərbaycanlılara lətifə qoşub istehza etməsini təkzibləyərək bu videosüjetin montaj edildiyini, saxta olduğunu deyib. O, yayılmış videosüjetin rəqib qanadın çirkin təxribatı adlandıraraq bu hərəkətini özünə və prezidentliyə namizəd Mirhüseyn Musəviyə qarşı fitnəsi saydığını bəyan edib. M.Xatəmi ölkədəki xalqlar arasında hamıdan çox azərbaycanlılara qarşı həssas olduğunu və onlara hörmətlə yanaşdığını deyib: “Azərbaycan yalnız coğrafi bir məfhum deyil. Azərbaycan bu yurdun tarixi deməkdir. İslam və İran tarixi Azərbaycana borcludur. Bu yurdun əhalisi bütün sahələrdə, o cümlədən də elm, idarəetmə və ölkəni müdafiə sahəsində igid və qəhrəman insanlardır. Necə olar ki, zərrəcə insafı olan hər bir şəxs ölkəmizin bu bölgəsi qarşısında baş əyməsin?”. M. Xatəmi ölkə vətəndaşlarının bu kimi fitnələr qarşısında ayıq olduğunu da vurğulayıb: “Bizim xalq ayıqdır və insanların öz taleyinə hakim olmasını istəməyənlərin bu çirkli fitnələrinin cavabını yalnız prezident seçkisində, sandıq başında verəcək”. Son günlər internetdə yayılmış bir videosüjetdə keçmiş prezident Məhəmməd Xatəminin digər ruhanilərlə birlikdə azərbaycanlılara lətifə qoşub istehza etməsi azərbaycanlılar arasında böyük narahatlığa səbəb olmuş, Tehran, Təbriz və Urmiya universitetlərinin tələbələri ardıcıl etiraz aksiyaları keçirərək Xatəminin Azərbaycan xalqından rəsmi üzr istəməsini tələb etmişdilər.mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar