SON XƏBƏRLƏR

Gürcüstan Patriarxı Saakaşvili iqtidarını növbədənkənar seçkilərə çağırdı

2021.10.20, 07:36
Gürcüstan Patriarxı Saakaşvili iqtidarını növbədənkənar seçkilərə çağırdı

Gunaz.tv
II İliya: “Gürcüstanda vəziyyət partlayış həddinə çatıb” Ötən axşam Gürcüstanın müxalifət nümayəndələri ilə daxili işlər nazirliyinin əməkdaşları arasında qarşıdurma baş verib. Nəticədə nazirliyin 3 əməkdaşının bıçaq yarası aldığı bildirilir. Hadisə ilə bağlı artıq cinayət işi başlanıb. Müxalifət lideri Nino Burcanadze hakimiyyəti zorakılığa əl atmaqda ittiham edib. Gürcüstan patriarxiyası isə ölkədə vəziyyətin gərginləşməsi ilə bağlı II İliyanın bəyənatını yayıb. Bəyənatda gərginliyin aradan qaldırilması üçün hökumətin qəti addımlar atmasının zəruriliyi vurğulanır. “Gürcüstanda vəziyyət partlayış həddinə çatıb və hökumət sabitləşmə istiqamətində dərhal addımlar atmalıdır. Pravoslav kilsənin rəhbəri ölkə rəhbərliyini dərhal növbədənkənar seçkilər keçirməyə və bu məsələ ilə bağlı müxalifətlə danışıqlara başlamağa çağırır” - Gürcüstan patriarxiyasının mətbuat katibi David Botkoveli bildirib. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar