SON XƏBƏRLƏR

"Bəsic" üzvləri iki həmədanlı gənc öldürdü

2025.07.02, 16:16
"Bəsic" üzvləri iki həmədanlı gənc öldürdü

SEPAH-a bağlı yarım hərbi "Bəsic" qüvvələrinin üzvləri Həmədan əyalətinin "Tarikdərə" bölgəsində üç gəncə atəş açıb, onlardan ikisi yerindəcə həlak olub.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

"Ötən axşam təbiət gəzintisinə çıxan 3 həmədanlı gənc "Bəsic" qüvvələrinin özbaşına qurduqları yoxlama postunda saxlanılıb. Buna etiraz edən gənclərə atəş açılıb, nəticədə Mehdi Əbayi və Əlirza Kərbasi adlı gənclər güllələnərək öldürülüb, üçüncü gənc isə ağır yaralanıb",- məlumatda bildirilib.

Kimliyi açıqlanmayan yaralı gəncin xəstəxanaya köçürüldüyü və durumunun ağır olduğu qeyd olunub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar