SON XƏBƏRLƏR

Həmədanda Bəsic qüvvələri tərəfindən iki gənc öldürülüb

2025.07.03, 11:11
Həmədanda Bəsic qüvvələri tərəfindən iki gənc öldürülüb

Həmədanda iki gənc hökumət qüvvələri tərəfindən güllələnib.

Gunaz.tv

Məlumatı SEPAH-a bağlı Fars xəbər agentliyi  təsdiqləyib.

Xəbərə görə, hadisə “təhlükəsizlik əməliyyatı qüvvələrinin” üç sərnişini olan avtomobili atəşə tutması nəticəsində baş verib.

Fars xəbər agentliyinin yazdığına görə, təhlükəsizlik məmurları Tarik Dərə bölgəsində uçan pilotsuz təyyarədən şübhələnib və havaya atəş açıblar, daha sonra avtomobilə “dayan” əmri verib, daha sonra isə atəş açmağa başlayıblar, nəticədə sərnişinlərdən ikisi ölüb, digərini isə yaralanıb.

Həmədan vilayətinin silahlı qüvvələrinin ədliyyə təşkilatının rəhbəri bununla bağlı məhkəmə orqanlarına iş qaldırıldığını və sahə araşdırmalarının aparıldığını bildirib.

Bəzi məlumatlarda öldürülən iki gəncin Həmədan ətrafında təbiət gəzintisinə çıxmış Mehdi Əbayi və Əlirza Kərbasi olduğu bildirilir. Eyni qaynaqlar onları öldürənlərin Bəsic üzvü olduğunu deyir.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar