SON XƏBƏRLƏR

Rusiya Orta Asiyada güclü hərbi qruplaşma yaradır

2021.10.20, 07:36
Rusiya Orta Asiyada güclü hərbi qruplaşma yaradır

Gunaz.tv
Qruplaşmaya Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın daxil olacaq Kollektiv Təhlükəsizlik Razılaşması Təşkilatının (KTRT) katibliyi Rusiya Xarici İşlər Nazirliyi ilə bir yerdə Mərkəzi Asiyada güclü hərbi qruplaşmanın yaradılması üzərində işləyir. Bu qruplaşma KTRT çərçivəsində fəaliyyət göstərən Rusiya-Belarus və Rusiya-Ermənistan razılaşmalarının əlavəsi olacaq. Lent.az-ın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, hərbi mənbələr artıq qruplaşmanın yaradılmaq üzrə olduğunu təsdiq ediblər. KTRT-nin mətbuat katibi Vitali Struqovetsin sözlərinə görə, Mərkəzi Asiya qruplaşmasının tərkibinə ayrı-ayrı batalyonların deyil, 5 ölkənin ordu hissələrinin daxil olması nəzərdə tutulub: “Bu, tank və artilleriya hissələri, Xəzər dənizindəki hərbi-dəniz donanması olacaq. Bununla bağlı müvafiq sənəd layihələri hazırlanıb”. Struqovets qruplaşmaya Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın daxil olacağını vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar