SON XƏBƏRLƏR

Doktor Lətif Həsəninin anasının dəfn mərasimi keçirilib

2025.07.05, 10:54
Doktor Lətif Həsəninin anasının dəfn mərasimi keçirilib

Ötən cümə axşamı bir qrup milli fəal, dost və tanışların iştirakı ilə Kərəcdəki Bibi Səkinə qəbiristanlığında Azərbaycanın tanınmış milli fəalı, doktor Lətif Həsəninin anasının dəfn mərasimi keçirilib.

Gunaz.tv

Doktor Lətif Həsəni son illər Azərbaycan xalqının milli hüquqlarının, o cümlədən öz müqəddəratını təyinetmə hüququnun və azərbaycanlılar üçün milli hökumətin qurulması yolunda sivil və siyasi fəaliyyətinə görə dəfələrlə həbs edilib və təzyiqlərə məruz qalıb.

O, həbslərdən birində “Yeni GAMOH” təşkilatının baş katibi kimi 9 il müddətinə azadlıqdan məhrum edilib.

Dəfn mərasimində Dr.Həsəninin Azərbaycanın müxtəlif şəhərlərindən olan çoxillik dostları və yoldaşları iştirak edib. Mərasimin sonunda bir qrup iştirakçı Azərbaycan xalqının ayrılıqlarını, iztirablarını simvolizə edən “Ayrılıq” mahnısını oxuyaraq  Lətif Həsəninin anası ilə vidalaşıblar.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar