SON XƏBƏRLƏR

III Türk Dünyası teatr günləri keçiriləcək

2021.10.20, 07:36
III Türk Dünyası teatr günləri keçiriləcək

Gunaz.tv
Türkiyənin Tarsus şəhərində III Türk Dünyasının teatr günləri keçiriləcək. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı da bu tədbirdə iştirak üçün dəvət alıb. Teatr truppası qardaş ölkədə Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” əsərilə çıxış edəcək. Qeyd edək ki, dram teatrımızın fəaliyyəti son illər Türkiyədə maraqla qarşılanır. Artıq teatr, eyni zamanda Ankara, Ceyhan və Mersin şəhər bələdiyyələri tərəfindən dəvətlər alıb. Hazırda Adana şəhər bələdiyyəsi ilə də danışıqlar aparılır. Xatırladaq ki, teatr günləri iyunun 16-dan 21-dək keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar