SON XƏBƏRLƏR

ABŞ-da “AZƏRBAYCAN MİLLİ GÜNÜ”. 8 QUBERNATOR, 5 VALİ AMERİKA AZƏRBAYCANLILARINA 28 MAY TƏBRİKİ ÜNVANLAYIB

2021.10.20, 07:36
ABŞ-da “AZƏRBAYCAN MİLLİ GÜNÜ”. 8 QUBERNATOR, 5 VALİ AMERİKA AZƏRBAYCANLILARINA 28 MAY TƏBRİKİ ÜNVANLAYIB

Gunaz.tv
Amerika Birləşmiş Ştatlarının bir sıra şəhər və ştatlarında mayın 28-i “Azərbaycan Milli Günü” elan edilib. AzərTAc-ın məlumatına görə, Kolorado, Montana, Vaşinqton, Kaliforniya, Oreqon, Yuta, Nyu-Meksiko və Arizona ştatlarının qubernatorları müsəlman şərqində ilk demokratik respublikanın qurulmasının 91-ci ildönümü münasibətilə bəyanatlar yayaraq Amerika azərbaycanlılarına təbrik ünvanlayıb. Bəyanatlarda deyilir ki, tarix boyu Azərbaycan xalqı, eləcə də Amerika azərbaycanlıları dünya ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə və elminə böyük töhfələr verib. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin nailiyyətləri, xüsusilə də qadınlara səsvermə hüququnun verilməsi, parlamentdə ictimaiyyətin bütün təbəqələrinin təmsil olunması tək azərbaycanlılar üçün deyil, bütün dünya demokratiyası üçün vacib töhfələrdir və Amerikada yüksək qiymətləndirilir. Merilend ştatının Baltimor, Nevadanın Sparks, İndiananın Bluminqton, Kaliforniyanın Monterrey və İrvinq şəhərlərinin valiləri də Amerika azərbaycanlılarını təbrik ediblər. Respublika günü münasibətilə Azərbaycanın BMT yanında daimi nümayəndəliyi Nyu-Yorkda rəsmi ziyafət verib. Tədbirə BMT rəhbərliyinin nümayəndələri, bu beynəlxalq təşkilatın nəzdində fəaliyyət göstərən xarici dövlətlərin daimi nümayəndəliklərinin, Azərbaycan və yəhudi icmalarının üzvləri qatılıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar