SON XƏBƏRLƏR

“Turan Tovuz” “Traktor” ilə yoldaşlıq oyunu keçirə bilər

2025.07.07, 10:44
“Turan Tovuz” “Traktor” ilə yoldaşlıq oyunu keçirə bilər

“Turan Tovuz” futbol klubu Güney Azərbaycanın “Traktor” komandası ilə yoldaşlıq oyunu keçirəcəyi gözlənilir.

Gunaz.tv

Bununla bağlı Tovuz təmsilçisinin İdarə Heyətinin sədri Ehtiram Quliyev paylaşım edib.

O, şəxsi feysbuk hesabına “Traktor”un loqosunu yerləşdirib. Bir çoxları bunu hər iki komanda arasında tezliklə yoldaşlıq görüşünün baş tutacağı ilə əlaqələndirib.

Görüşün iyulun 29-da Türkiyənin Bolu bölgəsində olacağı ehtimal edilir.

Qeyd edək ki, ötən mövsüm çempion olan Traxtor komandası yeni mövsümə hazırlığı Türkiyədə keçirir.

İyulun 1-də Hünər təlim-məşq bazasında çalışmalara start verən “Turan Tovuz” isə təlim-məşq toplanışının ikinci hissəsi üçün iyulun 6-da Türkiyəyə yola düşəcək.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar