SON XƏBƏRLƏR

Türkiyənin Qars şəhərində Azərbaycan Kültür və Dayanışma Dərnəyi qurulur

2021.10.20, 07:36
Türkiyənin Qars şəhərində Azərbaycan Kültür və Dayanışma Dərnəyi qurulur

Gunaz.tv
Bu haqda məlumatı Bakı Strateji Araşdırmalar Mərkəzinə İzmirdə fəaliyyət Azərbaycan Kültür Mərkəzinin başqanı Camal Mehmetxanoğlu verib. Murtaza Karaçantanın başqanlığı ilə Qars Azərbaycan Kültür və Dayanışma Dərnəyi adı altında yaranacaq təşkilat 2009 cu il may 28 də tarixində təsis ediləcək və elə həmin gündə dərnəyin təsis olunması ilə bağlı məlumat hökümət orqanlarına veriləcəkdir. Camal Mehmetxanoğlu qeyd edib ki,bu gün türkiyədə yaşayan azərbaycan türklərinin təşkilatlanması və bir araya gəlməsi türk dünyasının birliyinə və azərbaycanımız haqqında geniş məlumatların artmasına təkan verəcəkdir. Belə dərnəklərin yaranması təkcə türkiyədə yox,dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız tərəfindən yaranmalıdır. Türkiyənin Qars şəhərində yaranacaq Azərbaycan Kültür və Dayanışma Dərnəğinin əsas məqsədi orada yaşayan soydaşlarımızın təşkilatlanması və mədəni-tarixi tədbirlərin müntəzəm olaraq keçirilməsi təşkil edəcəkdir. Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar