SON XƏBƏRLƏR

Ramiz Məşəhədihəsənli “Ahıska Türklərinin bu gün qarşılaşdıqları zorluqlar və onların doğma yurda dönmələri üçün əngəllər mövcud

2021.10.20, 07:36
Ramiz Məşəhədihəsənli “Ahıska Türklərinin bu gün qarşılaşdıqları zorluqlar və onların doğma yurda dönmələri üçün əngəllər mövcud

Gunaz.tv
“Türkel”, “Vətən” qəzetlərinin və “Altın Körpü” dərgisinin baş redakdoru, Dünya Ahıska Türkləri Birliyi Mətbuat Mərkəzinin rəhbəri, filologiya elmləri namizədi Ramiz Məşəhədihəsənlinin Dünya Azərbaycanlıları Konqresi Strateji Araşdırmalar Mərkəzinə müsahibəsi Ramiz bəy xöş gördük sizi. Bu gün siz Orta Asiya türk respublikalarında (Türksütanda) önəmli işlər görürsünüz və bu fəaliyyətinizlə bağlı oxucularımıza məlumat vermənizi istərdik Öncə fürsətdən istifadə edərək Elnur bəy, şəxsən Sizə uğurlar diləyir, Dünya Azərbaycanlıları Konqresi Strateji Araşdırmalar Mərkəzinin İnternet sitesi oxucularını salamlayıram. Yəqin 90-cı illərin əvvəllərində Azərbaycan televiziyası izləyiciləri məni efirdən tanımamış olmazlar. O zamanlarda mən əvvəlcə “24 saat”, sonra “Günün ekranı”, daha sonralar isə “Xəbərlər” proqramının aparıcısı və redaksiyanın müxbiri kimi çalışırdım. Əsasən rəsmi çəkilişləri və iqtisadiyyat mövzusunda telesüjetlərin hazırlanmasını həyata keçirirdim. Dövlət başçısı, ümummilli lider Heydər Əliyevi bir sıra xarici səfərlərdə telejurnalist kimi müşayiət etmişəm. Ən yaddaqalan səfərlərdən biri kimi 1995-ci ildə Qırğızıstanda Manas dastanının 1000 illik yubileyi tədbirlərində iştirakımız olub. Səfər təəssüratım o qədər yüksək idi ki, “nə vaxtsa mən bu ölkəyə bir də qayıdacağam”, qərarını vermişdim... 1996-cı ildə prezident H.Əliyevin Almaniyaya rəsmi səfəri olacaqdı. Mən AzTv-nin bir müxbiri kimi fevral ayında AFR-ə ezamiyyə olundum və səfərə hazırlıqla bağlı görülən işlər və iki ölkə arasında əlaqələrə dair video-reportajlar hazırladım. Səfər iyunun əvvəllərində gerçəkləşdi. H.Əliyevin AFR-ə rəsmi səfəri zamanı qərara alındı ki, mən AzTv-nin AFR üzrə ictimai əsaslarla təmsilçisi olum. Təsəvvür edin, maaş və heç bir maliyyə olmadan. O vaxtkı XİN Həsən Həsənov Azərbaycanın AFR-dəki səfiri Hüseynağa Sadıqova mənim səfirliyin işçiləri siyahısına alınaraq cüzi maaşla televiziya TƏMSİLÇİSİ (çox böyük səslənir, deyilmi?) kimi fəaliyyətə başlamağıma göstəriş verdi. Sözün qısası, 1996-2002-ci illər arasında AzTv-nin ictimai əsaslarla (bunun bir ilini ANS-lə işlədim) AFR və Mərkəzi Avropa ölkələri üzrə təmsilçisi işlədim, 44-dən çox ölkəyə gedərək Azərbaycan və Türk diaspor təşkilatları, cəmiyyətləri ilə yaxından təmasda oldum, onların fəaliyyəti, keçirdikləri tədbirlər barədə video-süjetlər hazırlayıb ölkəmizə göndərdim. 2001-ci ilin dekabrında Berlində turizm yarmarkası keçirilərkən Qırğızıstandan gəlmiş nümayəndə heyəti ilə görüşdüm və onların bir neçəsini Avropanın ilk özəl Türk TV kanalı – TD1 proqramına dəvət edərək, özümün hər şənbə günü efirdə canlı yayımlanan Azərbaycan proqramına çıxardım və 20 dəqiqə qırğızlar özləri haqqında bilgi verdilər. Sonra məni ölkələrinə dəvət etdilər. 2002-ci il mayın 3-də Bişkekə gəldim. AzTv-nin o vaxtkı rəhbəri Nizami Xudiyevdən xahiş etdim ki, Avropa təmsilçiliyimi Orta Asiya ilə əvəz etsin. Belə də oldu. Burada soydaşlarımızla tanış olduq – 1929-1932-1937-ci illərin Stalin repressiyası qurbanlarının indiki nəslinin davamçıları haqqında silsilə verilişlər və yazılar hazırlamağa başladım. Həmyerlimiz, jurnalist-filoloq (hazırda Qırğızıstan XİN və Parlament Mətbuat Xidmətinin, Qırğızıstan Qadınlar Konqresinin üzvü), əslən Azərbaycanın Tovuz rayonundan olan, ailəsi ilə 25 ildir Bişkekdə yaşayan Hökümə Xəlilova ilə rastlaşdım. Onun xeyli telessenari hazırlayaraq, hələ bir işə keçirmədiyini gördükdə, birləşib Qırğızıstan Dövlət TV-də “Körpü” adlı bir proqram açmağa nail olduq. O proqram da soydaşlarımızın “yardımı müdaxiləsi” ilə tezliklə bağlandı. Manas TV radiosuna gəldik. Müdir Seyfettin bey istədiyimiz ölçüdə bizə efir vaxtı ayırdı. 2003-cü ilin iyunundan bəri “Dostluq Körpüsü” adı ilə Azərbaycan dilində verilişimiz efirdədir. 2004-cü ildə isə Beynəlxalq “TÜRKEL” Fondu təsis etdik (prezidenti Hökümə Xəlilova seçildi) və “TÜRKEL” adlı 5 və daha çox dillərdə, 24 səhifəlik, rəngli bir qəzetin nəşrinə başlamaq üçün də Ədliyyə Nazirliyindən Şəhadətnamə aldıq. 2004-cü il, mayın 28-də. 2007-ci ildə isə Qazaxıstan “Azərbaycanlıları assosiasiyası” İctimai Birliyinin rəhbəri Əbülfəz Xammədov bizə Qazaxıstan azərbaycanlılarının “VƏTƏN” qəzetini də çıxarmağımızı təklif etdi. Razılaşdıq və vətənpərvərliyimizi yenə də maddi imkanlardan üstün tutduq. Bir neçə il öncə AzTv-yə yeni müdir gələrkən, məni ştata heçirmək əvəzinə, başqa bir müxbiri işə götürdü və mən AzTv ilə vidalaşmalı oldum. Bakıda 2007-ci ilin martında Dünya Türk və Azərbaycan Diaspor Təşkilatlarının birinci Forumunda Qazaxıstan Ahıska Türkləri Milli Mərkəzinin rəhbəri Ziyaeddin İsmihanoğlu Hökümə xanımla görüşərək ortaq bir dərgi çıxarmaq qərarına gəliblər. Bu günlərdə “ALTIN KÖPRÜ” adlanan dərginin ikinci sayı çapdan çıxdı. Mən baş redaktor, Hökümə xamın isə müavindir. Bir ilə yaxın isə TREND NEWS-ün Qırğızıstan müxbiri kimi çalışdım. Onların da maliyyə sıxıntısı olduğu üçün müxbir məntəqəsini ləğv etdilər. Şükürlər olsun, hazırda əlimizdə 5 KİV vardır və ancaq-ancaq öhdəsindən gəlirik. Dəfələrlə Dövlət mükafatları və Fəxri Fərmanlara layiq görülmüşük. Bu ilin fevralında isə yenicə fəaliyyətə başlayan Dünya Ahıska Türkləri Birliyinin prezidenti, Qazaxıstan Ahıska Milli Mərkəzinin rəhbəri Ziyaeddin İsmihanoğlunun təklifi və sərəncamı ilə mən Ahıska Mətbuat Mərkəzinin rəhbəri, Hökümə xanım isə müavini təyin olunduq. Siz həmdə Dünya Ahiska Türklərinin Mərkəzində fəaliyyət göstərirsiniz. Bu gün Orta Asiyada nə qədər Ahıska türkü yaşayır? Elnur bəy, doğru buyurursunuz, Orta Asiya Dünya Ahiska Türklərinin Mərkəzi sayılır. Çünki 1944-cü ildə Ahıska Türkləri Gürcüstandakı ata-baba torpaqlarından bir neçə saatın içində Stalinin əmri ilə Orta Asiya və Qazaxıstan çöllərinə sürülən ahıskalılar 1990-cı illərdən sonra digər Avropa ölkələrinə və Türkiyəyə köç etməyə başlayıblar. Sürgün illərində 120 minə yaxın ahıskalı repressiya qurbanı oldu. Bu gün dünya çapında ahıskalıların sayı qeyri-rəsmi məlumata görə 700 mindən çoxdur. 300 ailə hazırda ABŞ-da yaşayır. Onlar Rusiyadakı özbaşınalıq və haqsızlıqlara dözməyərək okeanın o tayına köçdülər. Qazaxıstanda 200 mindən çox, Özbəkistanda 72 min və Qırğızıstanda 60 minədək Ahıska Türkü yaşamaqdadır. Ahıska Türklərinin bu gün qarşılaşdıqları zorluqlar və onların doğma yurda dönmələri üçün əngəllər mövcuddur. Onların öz torpaqlarına geri qayıtmaları ilə bağlı tədbirlər görülürmü? Tədbirlər görülsə də, soydaşlarımızın tapdanmış haqlarının geri qaytarılması istiqamətində qəti addımıar atılmır və 1944-cü ildə əllərində alınmış əmlaklarının dəyəri ödənilmir. Çox gülünc şərtlər irəli sürülür. Vətənə qayıtmaq istəyənlər gürcü dilindən, tarixindən imtahan verməlidir və özləri istədikləri bölgəni seçməlidirlər. Ahıskada və ətrafında ermənilər yaşayır. Türklər o bölgələrə yerləşərlərsə, milli münaqişə qaçılmazdır deyirlər. Gürcüstan hökuməti isə AB qarşısında götürdüyü vədi, öhdəliyi yerinə yetirməlidir. Onların geri vətənə qayıdışa dair ərizələrin verilmə sürəsinin iyunun 1-dək olması çox dar zaman idi və Dünya Ahıska Türləri Birliyinin tələb və təkidilə 2009-cu ilin sonunadək bu sürə uzadıldı. Ahıskaya köç etmək istəyənlər çox azdır Orta Asiya respublikalrında. Yalnız o vaxtlarda dünyaya gələn və indi yurd həsrəti ilə yaşayanlar son dəfə dağma elləri ziyarət etməyi belə özlərinə borc hesab edirlər. Qazaxıstan, Qırğızıstan respublikalarında yaşayan soydaşlarımız dövlət orqanları və rəsmi məqamlardan tutmuş, bütün sahələrdə təmsil olunmaqdadırlar və özlərini ata yurdlarında hiss edirlər. Hüç kəsi məcbur etmək olmaz ki, mütləq ata-baba yurduna köçməlisən. Elə dünya Ahıska Türklərinin lideri Ziyaeddin İsmihanoğlu da bunu deyir. Bu könüllülük prinsipləri əsasında olmalıdır. Ancaq üç ayda bir dəfə AB komissiyasına problemlərimizlə bağlı baş vuracağıq. Orta Asiyada fəaliyyət göstərən diaspora təşkilatlarımızın fəaliyyəti ilə bağlı sual vermək istərdim. Orta Asiyada yaşayan soydaşlarımız təşkilatlana bilirlərmi? Xeyr desəm, inanın bu belədir. Qazaxıstandan başlayaq. Burada soydaşlarımız arasında ayrıseçkilik və parçalanma toxumu Xəzərin siz tərəfdə olan sahəsindən və Azərbaycanın diplomatik missiyasından səpilməkdədir. Adi bir məsələ: Astanada “Xəzər” Azərbaycan mədəniyyət Mərkəzi var. 8 ildir fəaliyyətdədir. Sonra ölkənin 14 vilayətindəki cəmiyyətləri birləşdirmək adı ilə Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqı təsis etdilər və az sayda təsisçinin iştirakilə səfirlik, AzTv, İtv və AzəTAC tərəfindən şişirdilərək bütün Qazaxıstan boyunca azərbaycanlıların birliyinə nail olunduğu açıqlandı. Almatıda isə Qazaxıstan “Azərbaycanlıları assosiasiyası” İctimai Birliyi yaradılıb və rəsmi olaraq prezident N.Nazarbayevin sədrlik etdiyi Qazaxıstan Xalqları Assambleyası tərkibində fəaliyyətdədir. Birliyin sədri Astana, Petropavlovsk, Karaqanda, Kokçetau, Taraz, Almatı, Aktau, Aktöbe, Taldıkorqan və digər şəhərlərdə keçirdiyi toplantı və görüşlərdə ümumi birlik naminə bir araya gəlməyi dəfələrlə təklif edibsə, Astanadakı soydaşlarımız inadkarlıqlarından əl çəkməyiblər. Bunun canlı şahidi olduğum üçün faktların dili ilə danışa da bilərəm. Təsəvvür edin ki, “VƏTƏN” qəzeti, Qazax Milli radiosunda efirə çıxan Azərbaycan proqramının, “Bahar” Azərbaycan rəqs qrupunun, “Bazar günü Azərbaycan məktəbi”nin, bütün bayram tədbirlərinin maliyyələşdirilməsi sədr Əbülfəz Xammədov tərəfindən həyata keçirilir. O, eyni zamanda Astanada 12 mərtəbəli “Azərvaycan evi”nin inşasını maliyyələşdirir. Hazırda Qazaxıstan “Azərbaycanlıları assosiasiyası” İctimai Birliyi ölkə azərbaycanlılarının qurultayına hazırlaşır. Bir az üstüörtülü qeyd etdim ki, özümüzü çox biabır etməyək.Qırğızıstanda isə Azərbaycan diasporu durğunluq dövrünü yaşayır. Diaspor başçısı ətrafına 10-12 dostunu toplayaraq, o çevrəyə heç kəsi yaxına buraxmır. Heç bir millilikdən belə söhbət gedə bilməz. Özbəkistanda da səfirlik tərəfdarı olan diaspora üzvləri və özbaşına fəaliyyət göstərən cəmiyyət nümayəndələri vardır. Bu sualınızın cavabı böyük bir təhlil və vaxt istədiyi üçün, bu barədə sonra daha ətraflı bir mövzu ətrafında danışarıq. Sizin fəaliyyətiniz türk dünyasının bir araya gəlməsi və inteqrasiyası ilə bağlı olduğuna görə, bu gün Orta Asiya ölkələri ilə Azərbaycan, Türkiyə arasında olan iqtisadi-siyasi və mədəni əlaqələrin inkişafı hansı səviyyədədir? Son illərdə inkişafa doğru meyl güclənməkdədir. Əsasən diplomatik əlaqələr sahəsində ikitərəfli münasibətlər möhkəmlənməkdədir. Məsələn, Qırğızıstanla Azərbaycan arasında 1993-94-cü illərdən 2007-ci ilədək davam edən soyuqluq aradan qalxmaqdadır. Həmin ili Azərbaycanın ilk dəfə olaraq Qırğız respublikasında səfirliyi açıldı və Arif Ağayev səfir təyin olundu. İki ölkə arasında diplomatik əlaqələr sürətlə inkişaf etdirilir. İqtisadi sahədə və ticari-mal dövriyyəsində zəiflik müşahidə olunur. Olan-qalan bir hava yolu mövcud idisə - 2007-ci ilədək London-Bakı-Bişkek uçak reysi vardırsa (indi bu İrəvan özərindən işləyir. Səbəbini göya Bakı özərindən yol uzundur və həm də İrəvanda təyyarəyə yanacaq doldurulur sözləri ilə bizə izah ediblər.), indi yoxdur. Qırğızıstanla Türkiyə arasında əlaqələr ən çox elmi sahədə yüksək pillədə durur. İqtisadi münasibətlər də sürətlə inkişaf etməkdədir. Mayın 26-28 arası Türkiyənin Prezidenti Abdulla Gülün Qırğızıstana rəsmi səfəri də bu əlaqələrə bir təkan verəcəkdir. Azərbaycan, Türkiyə, Qazaxıstan əlaqələri də bütün sahələri əhatə edir. Neft hasilatı və ixracatına dair bu ölkələrin ayrıca bir-biri ilə strateji əməkdaşlıq müqavilələri mövcuddur. Dünya iqtisadi böhranı ilə əlaqədar olaraq hər üç ölkənin rəhbəri böhrandan çıxma yollarını müzakirə edib, bir-birinə dəstək olmaq qərarına gəliblər. Digər rəqəmlər göstərmək olar, ancaq oxucular hər an, hər dəqiqə İnternet vasitəsilə bu barədə bilgiləri operativ surətdə alırlar. Son olaraq da Sizə təşəkkür edirəm və oxucularınızın daha da atmasını diləyirəm! Ramiz bəy bizdə sizə öz təşəkkürümüzü bildirik ki, suallarımızı cavablandırdınız. Söhbətləşdi: Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar