SON XƏBƏRLƏR

İran adlanan yerdə məscid partladılıb: 30 nəfər ölüb, 60 adam yaralanıb

2021.10.20, 07:36
İran adlanan yerdə məscid partladılıb: 30 nəfər ölüb, 60 adam yaralanıb

Gunaz.tv
Rəsmi Tehran, partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyini bildirir İranın cənub-qərbindəki Zahedan şəhərində partlayış baş verib. ANS PRESS, “Reuters” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 30 nəfər ölüb, 60 adam xəsarət alıb. Ölkənin dövlət informasiya agentliyi İRNA-nın məlumatına görə, şəhər məscidində partlayışı terrorçu-kamikadze törədib. Lakin heç bir qruplaşma baş vermiş insidentə görə məsmuliyyəti göz üzərinə götürməyib. Qeyd edək ki. Zahedan şəhəri Sistan və Belucistan (Pakistanla sərhəddə yerlşir) əyalətinin inzibati mərkəzidir. Bu bölcəcə tez-tez polislə narkotik alverçiləri, qaçaqmalçılar və silahlılar arasında qarşıdurmalar baş verir. “Fars” agentliyinin məlumatına görə, partlayışdan bir qədər sonra xüsusi xidmət orqanlarının əməkdaşları məscidin yaxınlığında ikinci partlayıcı qurğunu aşkarlayıb. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar