SON XƏBƏRLƏR

28 may- Respublika günü ölkənin bölgələrində qeyd edilib

2021.10.20, 07:36
28 may- Respublika günü ölkənin bölgələrində qeyd edilib

Gunaz.tv
Samuxda, Şəkidə və Cəlilabadda bu günlə bağlı müxtəlif tədbirlər keçirilib 28 may- Respublika günü ölkənin bölgələrində qeyd edilib. Samuxda istiqlaliyyətimizin 91-ci il dönümü münasibəti ilə mərkəzi parkda konsert proqramı təşkil olunub. Tədbirin bədii hissəsindən sonra samuxlu gənclərə bayram hədiyyəsi olaraq, Azərbaycan Ağır Atletika Federasiyasının yeni idman kompleksinin açılışı olub. Burada həmçinin mini futbol və basketbol üçün süni örtüklü meydança da inşa olunaraq gənclərin ixtiyarına verilib. Şəkidə isə 28 may- Respubilika günü şəki Şəhər icra hakimiyyətində qeyd edilib. Toplantıda Azərbaycanın və Azərbaycan xalqının müstəqillik yolundan danışılıb, Azərbaycan Demokratik Respublikasının parlamentinin fəaliyyəti barədə məlumat verilib. Cəlilabadda da Respublika gününə həsr olunan silsilə tədbirlər keçirilib. Əvvəlcə rayon dövlət rəsm qalereyasında istedadlı rəssam Məmmədhüseyn Məlikovun fərdi sərgisi açılıb. Sərgidə 53 yaşlı rəssamın müxtəlif mövzuları əks etdirən yağlı boya, qrafika, və dekorativ tətbiqi sənət nümunələrindən ibarət 40-a yaxın əsəri nümayiş etdirilib. Bayram tədbiri müxtəlif bədii kollektivlərin iştirakı ilə təşkil olunmuş konsertlə davam etdirilib. Xatırladaq ki, dünən də Gəncədə və Qusarda Azərbaycan Demokratik Respublikasının (ADR) 91-ci ildönümü münasibətilə tədbirlər keçirilib. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar