SON XƏBƏRLƏR

28 May -Azərbaycanin İstiqlaliyət və cümhuriyətinin 91-ci il dönümü münasibəti ilə GAİPin BEYANATİ

2021.10.20, 07:36
28 May -Azərbaycanin İstiqlaliyət və cümhuriyətinin 91-ci il dönümü münasibəti ilə GAİPin BEYANATİ

Gunaz.tv
Hörmetli azırbaycanlilar; 28 may 1918 Azərbaycanin ən parlaq və unudulmaz tarixi günlərindən yəni Azərbyacanin istiqlal günüdür. 28 May -Azərbaycanin İstiqlaliyət və cümhuriyətinin 91-ci il dönümü münasibəti ilə Güney Azərbaycan İstiqlal Pratiyasının B E Y A N A T I . Hörmetli azırbaycanlilar; 28 may 1918 Azərbaycanin ən parlaq və unudulmaz tarixi günlərindən yəni Azərbyacanin istiqlal günüdür Azərbaycanin qəhrəman önderi rəhmətlik Məhəmməd Əmin Rəsulzadə və silahdaşlari azərbaycanin qurtuluşu uğrunda illər mubarizədə bütün yollari o, cümlədən Qafqaz fedrasiyasi, İslamçiliq və s. denəyib nəhayət Azərbaycan Türk millətçiliyinin qurtuluş istəklərinə dayanaraq Azərbaycanin istiqlalinin əldə etmişdilər . Elə bu gün də Azərbaycanin istər Qüzeyinin istərsə də Güneyinin milli qurtuluş rəmzi millətçiliyindədir. Müstəqill Azərbaycan Cümhuriyyəti qissa ömrundə böyuk nayiliyyətlər və qalibiyyətlər əldə etmişdir. O, cümlədən milli ordu, milli pul, dmokratikləşmə, qadin haqlarının tanınması , milli bank, azad seçkilər, beyəlxalq əlaqər,.Bir çox dövlətlər tərəfindən Aərbaycan istiqlaliyətinin rəsmi olaraq taninmasi, Azərbaycanin bütövluyunu təmin etmək, iqtisadi islahat və bir cümlədə desək bu gün özlərini modern hesab edən ölkələrin bir çoxunun hələ də təmin edə bimədiyi demokratik şərayiti 90- il bundan əvəl Müstəqill Azərbaycan Cümhuriyyəti təmin etmişdir. Müstəqill Azərbaycan Cümhuriyyəti həm də şərq dünyasinin xüsuilə də İslam dunyasinin birinci cümhurisi və birinci demokratik ölkəsidir ki, bu da Azərbaycan millətinin tarixdə inkişafçi və öncül olduğunu ubut edir. Nə yazıq ki, Müstəqill Azərbycan Cümhuriyyəti iki yaşina dolmadan balşeviklərin hücumuna məruz qalib və müvvəqəti olaraq devirildi. Leninin əmrilə Erməni Şaumiyan Azərbaycana hücum və 10 minlərlə azərbaycanlini qətliam etdi. Erməni quldur dəstələri həmişə oldğu kimi yenə də azərbaycanlilari qirmağa münasib fürsət tapmişdilar.Yeri gəlmişkin qeyd etmək lazimdir ki, Azərbaycanin ikinci istiqlal dövrundə də Ermənilər Rus himayəsinə dayanaraq Azərbycanlilari qətliam edib , azərbaycanin torpaqlarini işğal etdilər. Müstəqill Azərbaycan Cümhuriyyəti , Balşoviklər tərifindən devirlməsinə baxmiyaraq istiqlal ideyasi yenilməyib və M.Ə.Rəsulzadənin "BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA YENMƏZ" şuari öz əksini tapib və nəhayət bir daha Azərbaycan milləti istiqlalini əldə etdi. Müstəqill Azərbaycan Cümhuriyyəti M.Ə.Rəsulzadə və silahdaşlarinin bizə qoyduğu mirasdir. Bu müqqədəs ideyani mənimsəyib və Müstəqill Azərbaycan Cümhuriyyətini qorumaq bütün azərbaycanlilarin borcudur. Hörmətli azərbaycanlilar: 28 May Azərbaycanin istiqlal bayramının 91-ci il dönümü münasibəti ilə haminizi təbrik edərək Güney Azərbaycanimizin istiqlalini əldə etməyimiz üçün bütün Güneyli soydaşlarimizi GAİP-in siralarina dəvət edirik . Güney Azərbaycan İstiqlal Pratiyası 27-May -2009

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar