SON XƏBƏRLƏR

Türkiyədə mina partladı, 6 əsgər şəhid oldu

2021.10.20, 07:36
Türkiyədə mina partladı, 6 əsgər şəhid oldu

Gunaz.tv
Hadisə nəticəsində 8 əsgərin də yaralandığı bildirilir Türkiyənin Hakkari vilayətinin Çukurca mahalında terror təşkilatı tərəfindən qoyulan minanın partlaması nəticəsində 6 əsgər şəhid olub. ANS PRESS-in «Haberler.com»a istinadən verdiyi xəbərə görə, təhlükəsizlik qüvvələrinin Qovşaq kəndində çöllük ərazidə axtarış apardığı zaman PKK terror təşkilatı üzvləri tərəfindən daha əvvəldən torpağa basdırılan mina partlayıb. Hadisə nəticəsində 8 əsgərin də yaralandığı bildirilir. Yaralılar vertolyotla Şırnak və Diyarbəkirdəki xəstəxanalara göndəriliblər. Təhlükəsizlik güclərinin partlayışın baş verdiyi bölgədə havadan əməliyyata başladığı bildirilir. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar