SON XƏBƏRLƏR

Yeni sanksiya gələn həftə qəbul olunacaq

2021.10.20, 07:36
Yeni sanksiya gələn həftə qəbul olunacaq

Gunaz.tv
BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü, həmçinin Yaponiya və Cənubi Koreya Şimali Koreyayla bağlı yeni qətnamə layihəsinin müzakirəsinə başlayıb. Belə bir şəraitdə rəsmi Pxenyanın hansısa bir addım atmasından ehtiyat edən Yaponiya və Cənubi Koreya hərbi qüvvələrini döyüş hazırlığı vəziyyətinə gətirib. Yeni qətnamə Təhlükəsizlik Şurasının 2006-ci ildə Şimali Koreyanın nüvə silahının sınaqdan keçirməsiylə bağlı qəbul edilmiş 1718 saylı sənədi əvəzləyəcək. Layihənin Təhlükəsizlik Şurasının iclasında müzakirəsi bir neçə gündən sonra başlayacaq. Hazırda yeni qətnamə beş daimi üzv, həmçinin Yaponiya və Cənubi Koreya nümayəndələri tərəfindən müzakirə edilir. Sənəddə Pxenyana qarşı daha sərt mövqeyin öz əksini tapması gözlənlir. Həm qərb, həm Rusiya həmdə Çin sanksiyalarla bağlı razılığa gəlib. Lakin Şimali Koreyaya tətbiq olunacaq cəzanın təfərrüatları hələ məlum deyil. Bu işdə daha çox canfəşanlıq göstərən Yaponiya və Cənubi Koreya daha çox narahatdır. Bu ölkənin rəhbərləri Pxenyanın Təhlükəsizlik Şurasının qətnaməsinə özünəməxsus tərzdə cavab verməsindən ehtiyat edir. Vəziyyətin ciddiliyini nəzərə alıb Yaponiyanın cənubunda yerləşən Okinava adasındakı Amerika hərbi bazasında xidmət edən hərbçilər döyüş hazırlığına gətirilib. Hərbi mütəxəssislər hesab edir ki, Şimali Koreyanın nüvə arsenalının olmasına baxmayaraq ondan indiki halda effektiv istifadə etmək imkanı yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar