SON XƏBƏRLƏR

Ermənistan la İran adlanan yer arasında dəmiryolu xəttinin inşa ediləcək

2021.10.20, 07:36
Ermənistan la İran adlanan yer arasında dəmiryolu xəttinin inşa ediləcək

Gunaz.tv
Bir çox qonşularıyla sərhədləri bağlı olan Ermənistan dünyaya çıxmaq üçün İran adlanan yerə üz tutub.Ermənistan hökuməti İran adlanan yerlə Ermənistan arasında tikiləcək dəmiryolu xəttinin iş qrafikini təsdiqləyib. GAİP ın ANS TV-yə istinadən yaydığı məlumata görə, Yaxın vaxtlarda hər iki ölkənin təmsilçiləri layihənin texniki detallarını müzakirə etmək üçün görüş keçirəcəklər. Bu barədə Ermənistanın baş naziri Tiqran Sarkisyan Astanadan MDB hökümət başçılarının sammitindən qayıdarkən məlumat verib. Onun sözlərinə görə, artıq dəmiryolu xətti ilə bağlı prinsipial və siyasi qərarlar qəbul edilib və yaxın vaxtlarda tikinti işlərinə başlanılması gözlənilir. Xatırladaq ki, İran adlanan yer-Ermənistan birbaşa dəmiryolu xəttinin inşasına dair ilk memorandum bu il aprelin 3 -də imzalanıb. Hazırda Ermənistanın yalnız Gürcüstanla dəmir yolu əlaqəsi var. Lakin Abxaziya münaqişəsi üzündən Tiflis-Suxumi dəmir yolunun 1992-ci ildən bağlı olması Ermənistanın bu yolla Rusiya ilə əlaqəsini mümkünsüz edib. Ermənistanın Azərbaycanla dəmir yolunun 1991-ci ildən, Türkiyə ilə sərhədin isə 1993-cü ildən bağlı olduğu nəzərə alınarsa, İran adlanan yerlə müştərək dəmir yolu layihəsinin erməni tərəfi üçün nə qədər böyük önəm daşıdığını təsəvvür etmək olar. Layihəyə görə, 470 km-lik İran adlanan yer-Ermənistan dəmiryolu xəttinin 60 km-i İran adlanan yer, qalanı isə Ermənistan ərazisini əhatə edəcək. Sözügedən xətt Ermənistan-İran adlanan yer sərhədindən Güney Azərbaycanın Culfa şəhərinədək çəkiləcək və orada İran adlanan yerin ümumi dəmir yolu şəbəkəsinə qoşulacaq. Ermənistan payına düşən xəttin inşasının isə həm maliyyə, həm də texniki tərəfləri açıq qalıb. Dəmir yolunun Mehri-Qafan-Gorus-Cermuk-Martuni-Kamo-Qaqarin marşrutu üzrə, Sevan, yəni Göyçə gölünün cənubundan keçməklə çəkiləcəyi gözlənilir. Qeyd edək ki, bu, son illər ticarət dövriyyələri 227 milyon dollara çatan İran adlanan yerlə Ermənistan arasında gündəmə gələn yeganə layihə deyil. Bundan başqa, İran adlanan yer Araz çayında iki su elektrik stansiyası və Ermənistan ərazisində neft emalı zavodunun tikintisini də öz üzərinə götürüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar