SON XƏBƏRLƏR

PREZİDENTLİYƏ NAMİZƏD ƏHMƏDİNEJADI XÜLYA İLƏ YAŞAMAQDA GÜNAHLANDIRIB

2021.10.20, 07:36
PREZİDENTLİYƏ NAMİZƏD ƏHMƏDİNEJADI XÜLYA İLƏ YAŞAMAQDA GÜNAHLANDIRIB

Gunaz.tv
Prezidentliyə namizəd, İran İnqilab Keşikçiləri korpusunun (“Sepah”) keçmiş komandanı Möhsün Rzayi mayın 26-da Tehranın Əllamə Təbatəbai Universitetində çıxış edərək prezident Mahmud Əhmədinejadın daxili və xarici siyasətini kəskin tənqid edib. Mayın 22-də jurnalistlərə açıqlama verən Əhmədinejad belə bir fikir səsləndirmişdi: “Bəzilərinin düşündüyünün əksinə olaraq mən hesab edirəm ki, biz dünyanı idarə etməyə hazır olmalıyıq. Çünki bizim xalq buna layiqdir”. “Media forum” saytının məlumatına görə, M.Rzayi Əhmədinejadın dünyanı idarə etmək barədəki iddialarına ironiyayla toxunub: “Prezident kürsüsü adamda dünyanı idarə etmək xülyası və fantaziyası yaradır. Bu kresloya söykənəndə fikirləşirsən ki, dünyanı da idarə etməlisən. Halbuki göz qabağında olan işsizliyi, iqtisadi və gənclərlə bağlı problemləri görmürsən. Hesab edirəm ki, biz öz daxili problemlərimizin həlli ilə məşğul olsaq yaxşıdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar