SON XƏBƏRLƏR

Novxanıda Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 91-cı ildönümü qeyd olunub

2021.10.20, 07:36
Novxanıda Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 91-cı ildönümü qeyd olunub

Gunaz.tv
Azərbaycan himninin oxunması ilə başlayan mitinqdə çıxış edənlər Azərbaycan Xalq Cumhuriyyətinin yaranma tarixindən danışıblar Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 91-cı ildönümü Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə də qeyd olunub. Bu gün ənənəvi olaraq "Müsavat" və digər müxalifət partiyalarının fəalları, bir qrup millət vəkili, ziyalılar və elm adamlarının iştirakı ilə Bakının Novxanı kəndində Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə Respublika günü münasibətilə mitinq keçirilib. Azərbaycan himninin oxunması ilə başlayan mitinqdə çıxış edənlər Azərbaycan Xalq Cumhuriyyətinin yaranma tarixindən danışıblar. Məhəmməd Əmin Rəsulzadə başda olmaqla cumhuriyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı atılan addımların genişləndirilməsinin vacibliyi vurğulanıb. Məktəblilər tədbirdə xalq cumhuriyyəti və Məhəmməd Əmin Rəsulzadəyə həsr olunan şeirlər söyləyiblər./ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar