SON XƏBƏRLƏR

XATƏMİYƏ ETİRAZ EDƏN AZƏRBAYCANLILAR TUTULUB

2021.10.20, 07:36
XATƏMİYƏ ETİRAZ EDƏN AZƏRBAYCANLILAR TUTULUB

Gunaz.tv
İranın keçmiş prezidenti Məhəmməd Xatəminin internetdə yayılan bir videosüjetdə azərbaycanlılara istehza etməsinə etirazını bildirən 15-dən çox təbrizli - Cahangir Bəxtəvər, Nadir Bəxtəvər, Fərid Bağırzadə, Əli İmani, Mehdi İmani, Babək Minəqi, Əsgər Qədimi, Əli Sadiqi, Hamid Həsən Zare və digərləri həbs edilib. təbrizli fəallar Xatəmiyə etirazlarını mayın 25-də İran prezidentliyinə azərbaycanlı namizəd Mirhüseyn Musəvi Təbrizdə çıxış edərkən bildirmiş, keçmiş prezidentin Azərbaycan xalqından üzr istəməsi tələbini səsləndirmişdilər. Bu arada mayın 23-də Təbrizdə beş fəal qardaşın - Əli, İrəc, Rəsul, Qulam və Nasir Bədəlinin birdən tutulduğu da bəlli olub. Qardaşların valideynlərinin gözü qarşısında həbs edilərək naməlum istiqamətə aparıldığı deyilir. Xatəmiyə etiraza görə tutlan fəalların da harda saxlandığı bilinmir. mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar