SON XƏBƏRLƏR

Amerika Iranla müharibə hazırlıqlarına başladı

2021.10.20, 07:36
Amerika Iranla müharibə hazırlıqlarına başladı

Gunaz.tv
Ölkə prezidenti Pentaqondan müharibə planını tələb etdi Vəfa Quluzadə: «Amerika Irana zərbə endirəcəksə, bu, Tehran rejiminin sonu olacaq» Şimali Koreyanın nüvə silahıyla bağlı sınaqları yenidən bütün dünya ictimaiyyətini bu məsələyə kökləyib. Eyni zamanda Iranın da nüvə silahını əldə etməklə bağlı səyləri yenidən aktualaşıb. Baş verənlərin fonunda ABŞ prezidenti Barak Obama Pentaqona müraciət edərək Iranla mümkün mühribə planını istəyib. Obamanın belə bir tələbdə bulunduğunu müdafiə naziri Robert Qeyts məlumat verib. R.Qeyts MBC kanalını açıqlamasında bildirib ki, Iranın nüvə silahının qarşısını alınması istiqamətində diplomatik səylər nəticə verməsə, hərbi əməliyatların reallaşdırılması gündəmə gələ bilər. Bu arada dövlət katibi Hillari Klinton Senatdakı çıxışında bu məsələyə toxunaraq vurğulayıb ki, əgər Iranın nüvə proqramının inkişafı dayandırılmazsa ABŞ daha sərt sanksiyalara əl ata bilər. “Iran bilməlidir ki, nüvə silahına sahib olmaq istəyi bu ölkəni təhlükəsiz yox, daha da təhlükəli edə bilər. Əgər ilin sonuna qədər bu istiqamətdə irəliləyişlər olmasa, daha ağır sanksiyaların tətbiqi mümkündür”, deyə dövlət katibi söyləyib. Bütün bunların fonunda Iranda prezident seçkiləri ərəfəsində namizədlərin anti-Amerika və anti-Israil bəyanatları münasibətlərin gələcək perspektivləri baxımından da yaxşı heç nə vəd etmir. Bu baxımdan Iranla-Abş arasında münasibətlərin gələcəyini necə qiymətləndirmək olar? Politoloq Vəfa Quluzadə hesab edir ki, ABŞ Irana zərbə endirməmişdən öncə ciddi düşünməlidir. Əks təqdirdə Amerikanın Irana qarşı hərbi əməliyyatlara başlaması region üçün ciddi fəsadlara gətirib çıxara bilər: “Amerika düşünməlidir ki, o bir zərbə ilə Iranın bütün hərbi potensialını çökdürə biləcəkmi? Çünki müharibə bir gün olmur, illərlə gedir. Amerika Irana zərbə endirdikdən sonra onun fəsadlarını tam təsəvvür etməlidir. Belə bir hərbi əməliyyatlar Amerikanın regiondakı müttəfiqləri üçün bir təhlükə ola bilər. Amma onu da qeyd etmək lazımdır ki, Vaşinqton çox gözəl anlayır ki, Iran nüvə proqramını inkişaf etdirməkdən əl çəkməyəcək. Ona görə də Amerika Irana qarşı hərbi əməliyatlara başlama hazırlığını çoxdandır ki aparır və bu hazırlığa bir an olsun belə fasilə verməyib”. Amerikanın eyni zamanda dünyadakı iqtisadi böhranı da nəzərə almalı olduğunu düşünən V.Quluzadə vurğuladı ki, ABŞ digər regionlardakı münaqişələrə son qoymamış Irana müdaxilə etməsi də bir qədər çətin ola bilər: “Iraq və Əfqənistan hələ də alov içərisindədir. Məsələn, Buş Iraqa müdaxilə edən zaman hərbi ekspertlər bunu ona məsləhət görmürdülər. Ona görə də Obama Iranla bağlı son qərarı qəbul etməmişdən öncə ekspertlərin rəyi ilə hesablaşmalıdır. Digər tərəfdən ABŞ əgər Irana müdaxilə edəcəksə oradakı rejimlə də bağlı qərarlar qəbul etməlidir. Böyük ehtimalla Amerikanın Irana müdaxiləsi baş verərsə bu mola rejiminin sonu olacaq. Ona görə Iran tərəfi də bu barədə yaxşıca düşünüb, nüvə proqramını davam etdirib-etdirməməyi ölçüb-biçməlidir”. Xəyal

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar