SON XƏBƏRLƏR

Urmu-da çıxış edən Mirhüseyn Musəvi “Bozqurd”larla qarşılaşdı

2021.10.20, 07:36
Urmu-da çıxış edən Mirhüseyn Musəvi “Bozqurd”larla qarşılaşdı

Gunaz.tv
Dünən çox qorunan şəkildə Urmu şəhərinə gedən Mirhüseyn Musəvi genədə Azərbaycanlıların etirazlarıyla qarşılaşdı. Küçələrdə axdarış aparan məmurlar ilə cənab Musəvi yanlılarının hədə qorxusuna baxmayaraq, soydaşlarımız öz etirazlarını bəlli ediblər. Gələn bilgilərdə deiylib ki Urmu-nun bir çoxl xiyavanı bağlanmışdır və millətçilər ilə məmurlar arasında gərgin anlar yaşanmışdır. Mirhüseyn Musəvi isə 6000 nəfərlik zala gələr gəlməz Azərbaycanlıların etirazı ilə qarşılaşıb. Bozqurd işarətilə milli şuarlara dayana bilməyən manqurtlar milli fəallara saldırıblar. Aldığımız xəbərlərə görə neçə nəfər tutulubdur. Hələlik Urmu şəhərinə giriş çıxış kontrol edilir və sabah üçün geniş miqyasda hərbi güc şəhərə yerləşdirilib. Məhəmməd Xatəmi və sözdə islahatçıların Türk xalqına təhqir etməsi barədə hələdə səssiz qalan və bu səssizliklədə öz razılıqlarını bildirən adaylara qarşı etirazlar artmaqdadır. Aldığımız bilgilərə görə Azərbaycanda öncədən planlanmış toplantılar ləğv ediliblər və birigün Ərdəbilə getmək istəyən Mirhüseyn Musəvi İran adlanan ölkənin təhlükəsizlik quvvələri tərəfindən xəbərdarlıq alıb. Ərdəbillliləri təhqir edən cənab Xatəminin yoldaşı olan cənab Musəvi Azərbaycanda sevgidən çox nifrət toplamaqdadır.dak

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar