SON XƏBƏRLƏR

Özbəkistandakı terrora görə məsuliyyəti öz üzərinə “İslami Cihad” götürüb

2021.10.20, 07:36
Özbəkistandakı terrora görə məsuliyyəti öz üzərinə “İslami Cihad” götürüb

Gunaz.tv
Xanabad şəhərindəki milis blok-postuna hücumu “İslami cihad”ın bir hissəsi olan “Maveranaxr” mücahidləri həyata keçiriblər “İslami Cihad” təşkilatı mayın 26-da Özbəkistanda törədilən terrora görə məsuliyyəti öz üzərinə götürüb. “Gazeta.ru”nun məlumatına görə, bu barədə təşkilat adından bəyanatla çıxış edən şəxs bildirib. Bəyanatda bildirilir ki, “İslami cihad”ın bir hissəsi olan “Maveranaxr” mücahidləri Xanabad şəhərindəki milis blok-postuna hücum ediblər. Məlumata görə, məqsəd prezident Karimovun rejiminə qarşı çıxmaq olub. Xatırladaq ki, dünən Özbəkistanın Əndican vilayətində atışma və partlayışlar müşahidə edilib, vilayətdən Qırğızıstana aparan sərhəd qapısı bağlanıb. Qeyd edək ki, 2005-ci ildə Əndicanda hökumətlə islamçı müxalifət arasında baş vermiş qarşıdurma nəticəsində 187 adam həlak olmuşdu. /ANSPRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar