SON XƏBƏRLƏR

Böyük Britaniya Türkiyənin Avropa Birliyinin tamhüquqlu üzvü olmasını dəstəkləyir

2021.10.20, 07:36
Böyük Britaniya Türkiyənin Avropa Birliyinin tamhüquqlu üzvü olmasını dəstəkləyir

Gunaz.tv
Devid Miliband: “Müasir dünya iqtisadi problemlərdən nəticə çıxarmaq istəyirsə, Avropa özünə qapanmaqla yox, Şərqə açılmaqla zənginləşməlidir” Böyük Britaniya Türkiyənin Avropa Birliyinin tamhüquqlu üzvü olmasını dəstəkləyir. Bunu Ankarada Britaniyanın xarici işlər naziri Devid Miliband deyib. O, Türkiyənin dhövlət naziri və rəsmi Aknaranın Avropa Birliyi ilə danışıqlardakı nümayəndəsi Egemen Bağışla görüşdən sonra bildirib ki, Avropa Birliyinə üzvlük Türkiyənin haqqıdır: “Əgər müasir dünya iqtisadi problemlərdən nəticə çıxarmaq istəyirsə, bu o deməkdir ki, Avropa özünə qapanmaqla yox, Şərqə açılmaqla zənginləşə bilər. Türkiyənin üzvlüyü Avropa Birliyi üçün yaxşı olardı”. Türkiyəli nazir isə öz n.vöəsində bildirib ki, Avropaya inteqrasiya prosesi sadə məsələ deyil, lakin rəsmi Ankara, Avropa Birliyinə üzv olmağa meyllidir: “Heç kimdə şübhə olmasın ki, Türkiyə öz dözümü, təşəbbüskarlığı və səyi nəticəsində bu prosesi uğurla başa vuracaq”. Qeyd edək ki, Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə bağlı danışıqlar 2005-ci ildən başlayıb. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar