SON XƏBƏRLƏR

Ərdoğanı sərt tənqid atəşinə tutublar

2021.10.20, 07:36
Ərdoğanı sərt tənqid atəşinə tutublar

Gunaz.tv
MHP lideri «baş nazir «hamımız erməniyik» deyənlərlə eyni nöqtədə dayanır» - dedi ButovAZ-Türkiyədə müxalifət liderləri yenidən baş nazir Rəcəb Tayyib Ərdoğanı milli məsələlərlə bağlı sərt tənqid atəşinə tutublar. Buna səbəb hakim partiyanın kürd problemini həll etmək üçün «yaranmış tarixi imkandan» istifadə edilməsinin zəruriliyi haqda bəyanatları və baş nazir Rəcəb Tayyib Ərdoğanın son çıxışlarından birində işlətdiyi ifadədir. Ərdoğan deyib ki, Türkiyədə vaxtilə fərqli etnik kimliyə malik olanlar ölkədən qovulub. «Bu təəssüf doğuran, faşistsayağı yanaşma idi» - deyə, o bildirib. Baş nazir hansı etnik qrupu nəzərdə tutduğunu dəqiqləşdirməsə də onun 1915-ci il hadisələrini və Türkiyədən ermənilərin kütləvi şəkildə qovulmasını nəzərdə tutduğu aydındır. MHP başqanı Dövlət Baxçalı Ərdoğanın bu çıxışından bərk qəzəblənərək partiyasının parlament qrupu qarşısındakı dünənki çıxışında onu sərt tənqid edib. Baxçalı deyib ki, Ərdoğan bu sözləri ilə Türkiyədə «hamımız erməniyik» şüarı ilə küçələrə çıxanlarla eyni nöqtədə olduğunu göstərib. MHP başqanı qeyd edib ki, baş nazirin bu sözləri Türkiyənin tarixinə təhqirdir və Ərdoğan bu sözlərinin altından qalxa bilməyəcək. Onun sözlərinə görə, baş nazir bu sözləri ilə Türkiyəyə qarşı rumların və ermənilərin tutduğu mövqeyə dəstək vermiş olub. «Baş nazir olaraq Ərdoğanın hər fürsətdə mənsubu olduğu millətin keçmişini aşağılamaq vərdişini izah etmək mümkün deyil» deyə, MHP lideri bildirib. Baxçalı qeyd edib ki, hökumət kürd məsələsi ilə bağlı hansı tarixi imkanın yarandığını açıqlamalıdır. Onun sözlərinə görə, hökumət çalışır ki, kürd dilinə ikinci dil statusu versin, orta məktəblərdə şagirdlərin andından Atatürkün «Nə mutlu türküm deyənə» ibarəsini çıxarsın, başda Abdulla Öcalan olmaqla, PKK canilərini də nəzərdə tutan ümumi əfv çıxarsın və təhlükəsizlik qüvvələri tərəfindən terrorçulara qarşı aparılan əməliyyatları dayandırsın. Ərdoğanın ermənilərin Türkiyədən qovulmasına dair işlətdiyi «faşistsayağı yanaşma» sözlərini CHP lideri Dəniz Baykal da partiyasının parlament qrupu qarşısındakı dünənki çıxışında sərt tənqid edib. Baykal deyib ki, baş nazir bir daha türk millətinin keçmişinə qarşı təhqiredici ifadə işlədib və türk düşmənlərinə Türkiyəni suçlamaq üçün fürsət yaradıb. Kürd partiyası DTP-nin lideri Əhməd Türk isə Ərdoğanın «fərqli etnik qruplar» haqda çıxışını dəstəklədiyini deyərək ona haqq qazandırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar