SON XƏBƏRLƏR

PKK şərtlərini açıqladı

2021.10.20, 07:36
PKK şərtlərini açıqladı

Gunaz.tv
PKK terror təşkilatının başında duranlardan Murad Qarailan, axır ki çözüm deyərkən nə məqsəd güddüklərini açıqladı. Butovaz- Qarailan Qəndil dağında İngiltərənin məşhur “The Times” qəzetinin müxbiri Antoni Loyda verdiyi müsahibədə “Türkiyə öz yerli parlamentimizi qurmağımıza izn versin. Biz dönüm nöqtəsindəyik” dedi: “Kürdlər savaşa davam etmək istəmirlər. PKK problemini daha çox qan tökmədən çözə biləcəyimizə inanıırıq. Türkiyə sərhədləri daxilində barışçı və demokratik bir həllə hazırıq”. PKK sözçüsü çözüm şərtlərini bu cür açıqladı: “İngiltərə Şotlandiyanın istəyini, öz milli parlamentlərini qurmaqlarına izin verərək qəbul etdi. Türklər də bizimlə bu cür davranmalıdırlar. İrlandiya tarixini oxuyuram və bu ölkələrin insanları ilə təmas qururam. Bu problemin həllindəki etapları bilirəm. Türkiyənin də problemin həllində İngiltərə variantından istifadə etməsinə ehtiyac var” PKK yaraqlılarına “1 iyuna qədər passiv müdafiə olunmaqları əmrini verdiyini” də söyləyən Qarailan, böyük amnistiya və Öcalanın sərbəst buraxılmasına dair sualları belə cavablandırıb: “Bir savaş var. Həm türk, həm də kürd milləti bundan zərər gördü. İki tərəfin də bir-birini bağışlaması lazımdır. Bu bağışlanmaya hər kəs, hətta Öcalan da daxil olmalıdır. Əfv sülh üçün lazımdır. Türklər və kürdlər yeni bir ağ səhifə açmalıdırlar.” Qarailan müsahibəsini bu sözlərlə bitirib: “Bir yol ayrıcındayıq. Türkiyə iki yoldan birini seçməlidir. Əgər bizim barış təklifimizi seçməsə və bizi təqibə davam edərlərsə, təbii ki biz də əlimizdən gələn bütün imkanlardan istifadə edərək, buna cavab verəcəyik. Bizə istədikləri qədər terrorist desinlər...” Cavid SƏRXANBƏYLİ

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar