SON XƏBƏRLƏR

Rusiyada erməni təxribatı

2021.10.20, 07:36
Rusiyada erməni təxribatı

Gunaz.tv
Mamay kurqanında işğalçı rejimin "bayrağı" ucaldıldı Rusiyanın Volqoqrad şəhərində keçirilən provoslav kazak gənclərinin ikinci beynəlxalq qurultay festivalında iştirak edən erməni nümayəndə heyəti Mamay kurqanında Ermənistanın və qondarma "DQR"-in bayrağını dalğalandırıb. Bu barədə Rusiya ermənilərinin mətbuat orqanı olan "Yerkramas" qəzeti və "Novosti-Armeniya" agentliyi məlumat yayıb. "Yerkramas" qəzetinin yazdığına görə, "alman-faşist işğalçılarıyla amansız döyüşlərin getdiyi Mamay kurqanında, 102 metr yüksəklikdə tarixdə ilk dəfə Ermənistan və "DQR" bayraqları ucaldılıb". Qurultay-festivalda iştirak edən 15 nəfərdən ibarət erməni nümayəndə heyətinə "Beynəlxalq Erməni Kazak Birliyi"nin (?) atamanı, kazak "generalı" Sergey Mədətyan başçılıq edib. "Novosti-Armeniya"nın məlumatında bildirilir ki, tədbirə qatılan nümayəndə heyətlərinə, o cümlədən ermənilərə Mamay yüksəkliyindən götürülmüş torpaq hədiyyə olunub: "Erməni nümayəndə heyətinə 2 bağlama torpaq verildi ki, onlardan biri İrəvandakı "Qələbə" parkında dəfn olunmuş müharibə veteranlarının məzarına səpilsin, digəri isə Qarabağa göndərilsin". "Yerkramas" qəzeti və "Novosti-Armeniya"nın yayımladığı xəbərdə adıçəkilən tədbirin mayın 13-dən 17-dək, Volqoqradda keçirildiyi qeyd olunur: "Qurultay-festivalda dünyanın müxtəlif ölkələrindən 500 nümayəndə iştirak edirdi. Qurultay Rusiya prezidentinin razılığı, eləcə də Moskva və bütün Rusiya patriarxı Kirilin xeyir-duası ilə keçirilirdi. Bütün tədbirlərdə Rusiya prezidenti adminstrasiyasının əməkdaşları, Volqoqrad vilayətinin rəhbərliyi və digər rəsmi şəxslə iştirak edirdilər. Erməni nümayəndə heyəti festivala üzərinə Ermənistanın və "DQR"in bayraqları əks olunmuş köynəklərlə qatılmışdılar. Mayın 15-də Rusiya Dövlət Dumasının deputatı Viktor Vodolasko, Volqoqrad vilayəti admistrasiyasının başçısı Nikolay Maksyuta və Volqoqrad şəhərinin meri Roman Qrebinnikovla erməni nümayəndə heyətinin görüşü keçirildi. Erməni nümayəndə heyəti görüş iştirakçılarına üzərinə Ermənistanın və "DQR"in bayrağı həkk olunmuş geyimlər hədiyyə etdilər". Qeyd edək ki, "Yerkramas" və "Novosti-Armeniya"nın məlumatlarını olduğu kimi, xüsusi şərh vemədən oxucularımızın diqqətinə çatdırmaqda məqsədimiz diqqəti erməni təbliğatının üslubuna yönəltməkdən ibarətdir. Yazıda göründüyü kimi Ermənistanın və qondarma "DQR"in "bayraq"larının Mamay kurqanında ucaldılması barədə məlumat bir neçə yerdə təkrarlanır. Daha sonra tədbirin keçirilməsinə Rusiya prezidentinin, eləcə də Patriarx Kirilin razılıq verməsi bildirilir. Eyni zamanda qurultay-festival çərçivəsində keçirilən bütün tədbirlərdə Rusiya prezidenti adminstrasiyası əməkdaşlarının və digər rəsmilərin iştirak etməsi xüsusi şəkildə vurğulanır. Dövlət duması deptutatına və Volqoqrad rəhbərliyinə üzərinə Ermənistan və qondarma "DQR"in "bayraq"ları həkk olunmuş köynəklərin hədiyyə olunması barədə yazılanlar isə erməni təbliğatının kuliminasiya nöqtəsidir. Erməni təbliğatçıları bu xəbəri geninə-boluna və bəzəkli cümlələrlə yayımlamaqda bir neçə məqsəd güdüblər. Bunlardan biri Ermənistan ictimaiyyəti və işğal edilmiş Azərbaycan ərazilərində yaşayan etnik ermənilər üçün nəzərdə tutulub. Yəni, Rusiya prezidentinin, patriarxın razılıq verdiyi, rəsmi şəxslərin iştirak etdiyi tədbirdə "DQR"in "bayrağı"nın ucaldılmasına heç bir maneə yaradılmayıb. Bu da "DQR" "atribut"larının Rusiya tərəfindən qəbul olunması kimi başa düşülməlidir. Xəbərin digər hədəfi isə şübhəsiz ki, Azərbaycandır. Ermənilər bu xəbərlə təkcə Rusiyanın dövlət qurumlarına deyil, eləcə də "DQR" "bayrağı"nın dalğalandırdığı tədbirin keçirilməsinə xeyir-dua verən patriarx Kirilə qarşı da qıcıq yaratmağa, dini zəmində provakasiyaya cəhd göstəriblər. Təbii ki, bütün bunlar heç də hər addımda forpostunu himayə edən Kremli təmizə çıxarmaq məqsədi daşımır. Şübhəsiz ki, ermənilərin növbəti provakasiyasının qarşısı alına bilərdi. Ancaq alınmayıb və deməli, bu təxribatların ardıcıl şəkildə həyata keçirilməsində Moskvanın öz maraqları var. Azər

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar