SON XƏBƏRLƏR

AZƏRBAYCAN-İSRAİL GƏNCLƏRİNİN DOSTLUQ CƏMİYYƏTİ İRANI AZƏRBAYCANA HƏRBİ TONDA NOTA VERMƏKDƏ GÜNAHLANDIRDI

2021.10.20, 07:36
AZƏRBAYCAN-İSRAİL GƏNCLƏRİNİN DOSTLUQ CƏMİYYƏTİ İRANI AZƏRBAYCANA HƏRBİ TONDA NOTA VERMƏKDƏ GÜNAHLANDIRDI

Gunaz.tv
“Yaxın qonşumuz olan İran kütləvi informasiya vasitələrində İsrail prezidenti Şimon Peresin Bakıya səfəri haqda məlumatlarla əlaqədar ciddi narahatlıq keçirməkdədir. Bu səfərə İran Silahlı Qüvvələrinin rəhbərliyi səviyyəsində münasibət bildirilməsi narahatçılıqdan çox xəbərdarlıq və ya hərbi tonda nota vermək mahiyyəti daşıyır”. Azərbaycan-İsrail Gənclərinin Dostluq Cəmiyyətinin (AİGDC) bu gün yayılan açıqlamasında belə deyilir. Qeyd olunur ki, AİGDC İsrail prezidentinin Azərbaycana səfərini yüksək qiymətləndirir və bunu iki ölkənin suveren hüququ sayır: “Minlərlə qadını, qocanı, körpəni vəhşicəsinə qətlə yetirərək dövlət terrorunu həyata keçirən Ermənistanla yüksək səviyyədə dostluq əlaqələri olan İranın bu səfərə sərt münasibəti nə məntiq, nə din, nə ədalət, nə də beynəlxalq hüquq çərçivəsinə sığır. Hər kəs əmin olmalıdır ki, dünyanın inkişaf etmiş demokratik ölkələrindən biri olan, hər zaman Azərbaycanla isti münasibətlər qurmağa çalışan, həmçinin çoxlu həmvətənimizin yaşadığı İsraillə ikitərəfli münasibətlərin qurulması heç bir ölkəyə zərər verməyəcək. İctimaiyyət İsrail prezidenti Şimon Peresin Azərbaycana səfərinin hər iki ölkəyə yalnız fayda verəcəyini gözəl anlayır və ikitərəfli münasibətlərin bundan sonra daha da inkişaf etdirilməsini dəstəkləyir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar