SON XƏBƏRLƏR

Yunan Kipri Türkiyənin Avropa Birliyinə qəbulunu dəstəkləyir

2021.10.20, 07:36
Yunan Kipri Türkiyənin Avropa Birliyinə qəbulunu dəstəkləyir

Gunaz.tv
Yorqos Yakovu: «Bölünmüş adanın probleminin həlli məhz Ankaradan asılıdır» Yunan Kipri Türkiyənin Avropa Birliyinə qəbulunu dəstəkləyir. ANS PRESS-in Novosti-Armeniya agentliyinə istinadən yaydığı xəbərə görə, bunu bu gün Afinada "Economist" jurnalının konfransında yunan Kiprinin prezidenti yanında xüsusi komissarı, sabiq XİN başçısı Yorqos Yakovu bildirib. «Kipr Türkiyənin avropalaşmasına ümid etməklə onun Avropa perspektivini dəstəkləyir», - deyə o vurğulayıb. Türkiyənin Avropa Birliyinə qəbulu ilə bağlı danışıqlar 2005-ci ildə başlayıb. Yakovun sözlərinə görə, hazırda bölünmüş adanın probleminin həlli məhz Türkiyədən asılıdır. "Top Türkiyə tərəfindədir. Kipr danışıqlar masasını tərk etməyəjək", - deyə Yakovu qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar