SON XƏBƏRLƏR

Milli fəal Xatəmini məhkəməyə verib

2021.10.20, 07:36
Milli fəal Xatəmini məhkəməyə verib

Gunaz.tv
"Musəvi türklərə qarşı həqarəti pisləməsə, çətin ki, azərbaycanlıların qəlbini fəth edə bilər" İranın keçmiş prezidenti Məhəmməd Xatəminin və digər islahatçı din xadimlərinin azərbaycanlılar haqqında lətifə danışıb gülməsini göstərən videogörüntü may ayında onsuz da təlatümlü olan Güney Azərbaycanda hisləri bir qədər də gərib. Mayın 25-də Sulduz (fars şovinistləri Nəqədeh adlandırır) şəhərində 2006-cı ilin mayında keçirilmiş karikaturaya etiraz mitinqləri zamanı həlak olan 4 nəfərin anma mərasimi də islahatçı liderlərin yumor hissinə etiraz nitqlərilə başa çatıb. Yerli qəbristanlıqda müxtəlif şəhərlərdən gəlmiş yüzlərlə adamın toplaşdığı mərasimdə Azərbaycan türklərinin təhqir olunmasına etiraz edərkən həyatını itirənlərin xatirəsinə dualar oxunub, Azərbaycan haqqında şeirlər deyilib, nitqlər söylənib. Çıxışçılardan biri Xatəminin üzr istəyəcəyini deyib. Rəşt şəhərində isə Xatəminin lətifəsi məhkəməyə dəlil qismində təqdim olunub. Belə ki, Rəşt İnqilab Məhkəməsində İranda Azərbaycan türklərinin milli hüquqları uğrunda fəallardan biri Vədud Əsədiyə verilmiş bir illik həbs qərarından apellyasiya baxışı keçirilib. Milli fəalın 400 səhifəlik ittihamnaməsində onun nizam əleyhinə təbliğat apardığı deyilir. Yalnız ana dilində təhsil kimi mədəni haqlarını tələb etdiyi üçün məhkəməyə düşdüyünü deyən Vədud Əsədi bildirib ki, o nizamın yox, belə görünür, nizam onun və onun kimi İranda öz tarixi torpaqlaında yaşayan milyonlarla türkün əleyhinədir. Milli fəal qeyd edib ki, məhkəməyə prezident Xatəminin videosunu özüylə aparıb. Onun nizam əleyhinə təbliğat kimi qələmə verilən diskriminasiya barədə şikayətlərinin sübutlarından biri də budur. Əgər Apellyasiya Məhkəməsini dəlil razı salmasa, Vədud Əsədi bir il həbsdə olacaq. Amma bu, onu o qədər də narahat eləmir. Onun sözlərinə görə, digər dini liderlərin heç bir reaksiya verməməsi, Xatəminin zarafatlarını pisləməməsi müsəlman qardaşlığı haqda danışılanların doğruluğuna şübhə oyadır. Mayın 25-də Xatəmiyə etiraz aksiyası keçirən zəncanlı tələbələrsə ümidlidirlər ki, İranın keçmiş prezidenti azərbaycanlılardan üzr istəyəcək. Zəncan Universitetinin tələbəsi Səccad Zeynali deyib ki, etiraz edən 50-100 arası tələbənin İranda prezident seçkilərinin nəticəsinə təsir etmək niyyəti yoxdur. Xatəminin videosunun və bundan doğan etirazların hazırkı prezident Əhmədinejada xal qazandıracağı, islahatçı namizəd Mirhüseyn Musəvinin şanslarını azaldacağı barədə söhbətlərə gəlincə, bu da etiraz edən tələbələrin istəyi deyil. Vədud Əsədi isə deyir ki, İranda yaşayan türklər ənənəvi olaraq türk namizədlərə üstünlük verir və Mirhüseyn Musəvi də belələrindəndir. Milli fəalın sözlərinə görə, Mirhüseyn Musəvi türklərə qarşı həqarəti pisləməsə, azərbaycanlıların qəlbini və ağlını çətin fəth edə bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar