SON XƏBƏRLƏR

Özbəkistanın Əndican vilayətində vəziyyət gərginləşməkdədir

2021.10.20, 07:36
Özbəkistanın Əndican vilayətində vəziyyət gərginləşməkdədir

Gunaz.tv
Ölkənin Baş Prokurorluğu ölən və yaralanlar barədə məlumat yayıb Özbəkistanın Baş Prokurorluğu bu gün axşam Əndican vilayətinin Xanabad şəhərində iki insident barədə məlumat yayıb. ANS PRESS-in RİA Novosti agentliyinə istinadən yaydığı xəbərə görə, prokurorluq nümayəndəsi bildirib ki, mayın 25-dən 26-a keçən gecə şəhərin girişində yerləşən blok-posta hücum zamanı baş verən atışma nəticəsində bir milis işçisi, habelə hücum edənlərdən biri yaralanıb. Bundan əlavə mayın 26-da yerli vaxtla saat 14.00-da naməlum şəxs Əndicanda özünü partladıb. Hadisə nəticəsində bir milis işçisi həlak olub, bir neçə nəfər isə yaralanıb. "İlkin məlumatlara görə, quldurlar Özbəkistan ərazisinə qonşu Qırğızıstandan keçiblər. Hazırda respublikanın bütün güc strukturlarının təmsilçilərinin daxil olduğu operativ qərargah fəaliyyət göstərir. Faktla bağlı operativ-axtarış tədbirləri həyata keçirilir", - deyə Özbəkistanın Baş Prokurorluğunun nümayəndəsi bildirib. Lenta.ru saytının Voice of Freedom-a istinadən yaydığı xəbərdə isə Əndicandakı partlayış zamanı 7 nəfərin həlak olduğu bildirilir. Məlumata görə, partlayışdan sonra şəhərə ağır texnika yeridilib. Xatırladaq ki, bu gün Özbəkistanın Əndican vilayətində atışma və partlayışlar müşahidə edilib, vilayətdən Qırğızıstana aparan sərhəd qapısı bağlanıb. Qeyd edək ki, 2005-ci ildə Əndicanda hökumətlə islamçı müxalifət arasında baş vermiş qarşıdurma nəticəsində 187 adam həlak olmuşdu./ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar