SON XƏBƏRLƏR

Girov gəminin azərbaycanlı heyət üzvləri vətənə döndü

2021.10.20, 07:36
Girov gəminin azərbaycanlı heyət üzvləri vətənə döndü

Gunaz.tv
Hindistanın sahil sularında saxlanılan Türkiyəyə məxsus «Mira» gəmisinin azərbaycanlı heyyət üzvləri bu gecə «İstambul-Bakı» aviareysi ilə vətənə dönüblər. Heyət üzvləri bildiriblər ki, onların vətənə qaytarılması Azərbaycan dövlətinin qəti mövqeyi sayəsində mümkün olub. Məhkəmə qərarı ilə Hindistanın dəniz sularında 5 ay girov saxlanılan 8 həmyerlimiz öz yaxınlarına qovuşdu. Heyət üzvləri deyir ki, girov saxlanılan 8 azərbaycanlı ilə yanaşı 16 nəfər Türkiyə vətəndaşının da şəxsiyyət vəsiqəsinin özlərinə qaytarılması ölkəmizin Hindistandakı səfirliyi tərəfəndən təmin edilib. Türkiyəyə məxsus gəminin azərbaycanlı 8 heyət üzvü onlara vurulan maddi və mənəvi ziyanın ödənilməsi məqsədilə çalışdıqları «Mira» şirkətini və Hindistanın Bhab-Naqar limanının rəhbərliyini məhkəməyə verməyi də planlaşdırır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar