SON XƏBƏRLƏR

Pakistanda terror aktı törədilib

2021.10.20, 07:36
Pakistanda terror aktı törədilib

Gunaz.tv
Pakistanın şərqində yerləşən Lahor şəhərində gülcü partlayış baş verib. Partalyıcı maddə dolu avtomobil şəhərdəki polis bölməsi yaxınlığında partladılıb. Nətəicədə 10 nəfər ölüb, 200-ə qədər adam xəsarət alıb. Rəsmilər ölənlərin artacağını bildirib. Terror aktının həddindən artıq güclü olması polis bölməsi binasını və ətrafdakı 40 avtomobili dağıdıb. Təhlükəsizlik qüvvələri dağıntılar altında hələ də insanların olduğunu qeyd edib. Hələlik insidentə görə, heç bir terrorçu qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. Lakin rəsmilər son aylarda Pkistandan aktivləşmiş «Taliban» yaraqlılarının terror aktının arxasında olmasını etimal edir. Hazırda Pakistan hərbi qüvvələri Svat əyalətində taliblərlə mübarizəni davam etdirir. Son əməliyyatda 30-ə qədər yaraqlı öldürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar