SON XƏBƏRLƏR

Pezeşkiyanın Kürd müavini Əbdülkərim Hüseynzadənin Təbriz, Bakı və Ankara ittifaqından qorxusu

2025.07.16, 10:49
Pezeşkiyanın Kürd müavini Əbdülkərim Hüseynzadənin Təbriz, Bakı və Ankara ittifaqından qorxusu

Təbriz, Bakı və Ankaranın geosiyasi ittifaqı və bölgədə türk oxunun formalaşması İranda türk əleyhinə hərəkatı sarsıdıb və Pezeşkianın Kürd müavini Əbdülkərim Hüseynzadə kimi şəxslərin dilə gəlməsinə səbəb olub

Gunaz.tv

Tehranın Azərbaycanda türklərin milli oyanışını cilovlamaq layihələrinin əsas dəstəkçilərindən biri olan Əbdülkərim Hüseynzadə bu barədə IRNA-ya danışıb.

“Türklər bilməlidirlər ki, onların maraqları Ankarada deyil, Bakıda deyil, Tehranda siyasi iştirakla təmin olunur!” - deyə o bildirib.

Qeyd edək ki, İran rejimi illərdir kürd qruplaşmalarını gücləndirməklə, onlara iqtisadi və təhlükəsizlik imtiyazları verməklə Azərbaycanın strateji mövqeyini zəiflətməyə, türklərin regional əməkdaşlığı yolunda maneələr yaratmağa çalışır.

Hökumətin kürd qrupları ilə açıq və gizli layihələr şəklində pərdəarxası əməkdaşlıq etməsi Tehranın mərkəzçi hegemonluğunu saxlamaq və Güney Azərbaycanda türk kimliyinin güclənməsinin qarşısını almaq siyasətinin tərkib hissəsidir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar