SON XƏBƏRLƏR

ZƏNCAN UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ KEÇMİŞ PREZİDENTİN AZƏRBAYCAN XALQINDAN ÜZR İSTƏMƏSİNİ TƏLƏB EDİBLƏR

2021.10.20, 07:36
ZƏNCAN UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ KEÇMİŞ PREZİDENTİN AZƏRBAYCAN XALQINDAN ÜZR İSTƏMƏSİNİ TƏLƏB EDİBLƏR

Gunaz.tv
Mayın 25-də Zəncan Universitetinin bir qrup azərbaycanlı tələbəsi aksiya keçirib. “Media forum” saytının məlumatına görə, tələbələr keçmiş prezident Məhəmməd Xatəminin internetdə yayılan bir videosüjetdə digər ruhanilərlə birlikdə azərbaycanlılara lətifə qoşub istehza etməsinə etiraz bildiriblər. Bir neçə saat sürən aksiyada iştirakçılar “Haray-haray, mən türkəm”, “Şovinizmə ölüm”, ”Türk dilində mədrəsə, olmalıdır hər kəsə”, ”Xatəmi, Xatəmi, xəcalət, xəcalət” və “Qızıldan olsa qəfəsim, azadlığa var həvəsim” şüarlarını səsləndiriblər. Onlar M.Xatəminin və azərbaycanlılara lətifə qoşan digər ruhani, Kirman şəhərinin cümə imamı höccətülislam Yəhya Cəfərinin Azərbaycan xalqından üzr istəməsini tələb ediblər. Son günlər paytaxt Tehranda və Güney Azərbaycanın Təbriz, Urmiya, Xoy şəhərlərində də azərbaycanlı tələbə və fəallar M.Xatəminin istehzasına etiraz olaraq aksiyalar keçiriblər. mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar