SON XƏBƏRLƏR

İsrail XİN: "Venesuela və Boliviya İranı uranla təmin edir"

2021.10.20, 07:36
İsrail XİN: "Venesuela və Boliviya İranı uranla təmin edir"

Gunaz.tv
“Venesuela prezidenti Uqo Çaves İranı dəstəkləməklə ABŞ-ın səylərinə mane olmağa çalışır” “Venesula və Boliviya İranı nüvə proqrammı üçün uranla təmin edir”. ANS PRESS, “Associated Press” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumat İsrail Xarici İşlər Nazirliyinin gizli hesabatında yer alıb. Hesabatda o da deyilir ki, Venesuela prezidenti Uqo Çaves İranı dəstəkləməklə ABŞ-ın səylərinə mane olmağa çalışır. Qeyd edək ki, Venesuela və Boliviyanın İranla sıx əlaqələri var. Lakin, bu, nüvə proqramı ilə bağlı həmin ölkələrə qarşı ilk açıq ittihamdır. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar