SON XƏBƏRLƏR

Azərbaycana qarşı sistematik ayrı-seçkilik bir daha etiraf edilib

2025.07.19, 12:01
Azərbaycana qarşı sistematik ayrı-seçkilik bir daha etiraf edilib

Universitet professoru doktor Puya Əlaəddini çıxış edərək Pəhləvi dövründə başlayan və İslam Respublikası dövründə güclənən Azərbaycan iqtisadiyyatının sistematik ayrı-seçkilik yolu ilə dağıdılmasını etiraf edib.

Gunaz.tv

O vurğulayıb ki, onilliklər ərzində mərkəzçilik siyasəti milyonlarla azərbaycanlını iş tapmaq üçün əsasən farsdilli ərazilərə fəhlə kimi miqrasiya etməyə məcbur edib.

Əlaəddini “assimilyasiya” prosesinə də toxunaraq deyib: Tehran əhalisinin üçdə biri türk olsa da, onların çoxu türkcə danışa bilmir.

Bu sözlər İranda türk millətinin köhnə yaralarını bir daha gözlər önünə sərib və türklərə qarşı struktur ayrı-seçkiliyinin illüziya deyil, hələ də davam edən acı bir reallıq olduğunu göstərib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar