SON XƏBƏRLƏR

Urmu gölü fəlakətin astanasındadır

2025.07.19, 12:11
Urmu gölü fəlakətin astanasındadır

Urmu gölündə suyun həcmi 1269,82 metr kuba düşüb.

Gunaz.tv

Məlumatlara görə, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 69 metr kub azdır.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, mövcud tendensiya davam edərsə və yaxın aylarda temperatur artarsa, gölün ən aşağı su səviyyəsinə görə yeni anti-rekord qeydə alınacaq.

Urmu gölünün bir neçə min illik tarixində ikinci dəfədir ki, onun həcmi 1270 metr kubdan aşağı enir; daha əvvəl, 2023-ci ilin noyaber bu səviyyə 1269,70 metr kuba çatmışdı.

Qeyd edək ki, İran rəsmiləri ötən həftə Oman dənizindən suyun ölkənin mərkəzindəki farsdilli şəhərlərə nəqli layihəsini həyata keçirib açılışını ediblər.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar