SON XƏBƏRLƏR

Rusiyada Qarabağla bağlı razılaşma olmayacaq

2021.10.20, 07:36
Rusiyada Qarabağla bağlı razılaşma olmayacaq

Gunaz.tv
Rasim Musabəyov: «İyun görüşündə ən yaxşı halda prezidentlər bəyan edəcəklər ki, mövqelərdə yaxınlaşmalar baş verib» «İyunda Rusiyada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü zamanı hansısa sənədin imzalanması, ermənilərin işğal etdikləri bir neçə rayonu azad edəcəyinə dair deyilənlər baş verməyəcək. Əksinə, bu görüşdə ən yaxşı halda prezidentlər bəyan edəcəklər ki, bizim mövqelərimizdə yaxınlaşmalar baş verib, bu səbəbdəndə xarici işlər nazirlərinə göstəriş vermişik ki, bu yaxnlaşmaları sənəd halına salsınlar». Azərbaycan və Ermənistan prezidentlərinin gələn ay Rusiyada keçirəcəkləri görüş, orada razılaşmanın əldə olunacağı, ermənilərin bəzi rayonları boşaldacağına dair səslənən fikirləri şərh edərkən politoloq Rasim Musabəyov belə deyib. Onun sözlərinə görə, əgər prezidentləri belə bir bəyanat versələr, bunun özü münaqişənin həllində böyük irəliləyiş demək olacaq: «Hərçənd hesab edirəm bu o zaman baş verə bilər ki, Rusiya və Birləşmiş Ştatlar bu prosesdə aktiv iştirak etsinlər və tərəfləri razı salsınlar. Yox əgər növbəti dəfə bəyan olunsa ki, Azərbaycan və Ermənistan öz aralarında razılığa gəlisin və biz bunu dəstəkləyək, demək hər hansı bir sülh sazişindən və mövqe razılaşmasından söhbət getməyəcək. Hesab edirəm ki, Rusiyanın imkanı və marağı var ki, münaqişəni həll etsin». Politoloq qeyd edib ki, hazırda Rusiya istəyir ki, Azərbaycan onlarla birlikdə Gürcüstana təzyiqlər etsin: «Şübhəsiz ki, bu istək Azərbaycanın maraqlarına cavab vermir. Eyni zamanda düşünülür ki, Azərbaycan tam olaraq enerji siyasətini «Qazprom»un nəzarətinə verməlidir. Bu isə mümkün deyil. Şəxsən mənə baş nazir Vladimir Putinin Ərdoğanla görüşü zamanı Qarabağla bağlı söylədiyi fikirləri xoş gəlmədi. Onun işlətdiyi ifadədən belə çıxdı ki, bu ölkə faktiki olaraq Ermənistana hər hansı bir təsir etmək barədə düşünmür. Onları narahat edən iki əsas məqam var. Azərbaycan Gürcüstanda keçirilən NATO təlimlərində iştirak etməklə Gürcüstanı dəstəkləyir və eyni zamanda «Nabucco» ilə bağlı sənədə imza atmışıq. Məncə, prezident Əliyev gördü ki, Rusiya faktiki olaraq oyun oynayır. İstəyir ki, Azərbaycan onların tələblərini həyata keçirsin, amma onlar Ermənistana münaqişənin həlli ilə bağlı təsir göstərməsinlər». Müsabəyov həmçini bildirib ki, Ərdoğanın Rusiya səfərindən sonra «lazım gəlsə, Türkiyədə olan 40 min ermənini ölkədən çıxararam» bəyanatı təsadüfi deyil: «Bunun arxasında o durur ki, Ermənistan sərhədləri açmaq məsələsində indiki şərtləri tam sərfəli bilməyərək Türkiyəyə təzyiqlərini davam etdirmək niyyətinə düşərlərsə, oradakı erməniləri qovmaq xəttini seçə bilər. Yəni Ərdoğan nümayiş etdirir ki, Türkiyənin Ermənistanla bağlı mövqeyi sərtləşə də bilər. Şübhəsiz ki, bu mövqeyin ortaya çıxmasında Azərbaycanın xidmətləri var. Amma bunu təkcə Azərbaycanla bağlmaq olmaz. Çünki Türkiyənin daxilində də, ictimai rəy ermənilərə güzəştə meyilli deyil. AKP iqtidarının özü belə Ermənistan məsələsində və Türkiyənin İrəvan siyasətində yekdil deyil. Orada ermənilərin nazları ilə oynamağa meyilli şəxslər- Babacan, Gül tandemi və bunu qəbul etməyə tələsməyənlərdə var. Bu mənada görünən odur ki, Ərdoğan erməni nazı ilə oynamaq niyyətində deyil. Artıq göründyü kimi Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi bir növ qapanıb. Çünki Ərdoğanın Rusiya səfəri zamanı sərhədlərin açılmasının mümkünsüzlüyü məsələsi gündəmə çıxıb»-deyə Musabəyov bildirib. Nemət

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar